Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

İstifadəçi qaydaları

  1. Giriş

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin (bundan sonra - DMX) veb saytı vətəndaşların, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin miqrasiya prosesləri barədə məlumatlandırılmasına xidmət edir. Bu istifadə qaydaları veb saytdan istifadənin şərt və müddəalarını özündə əks etdirir. Bu Qaydaları qəbul etməklə və ya veb saytdan istifadə etməklə siz bu qaydalardan irəli gələn öhdəlikləriniz barədə məlumatlı olduğunuzu qəbul etmiş hesab edilirsiniz.

  1. Saytın istifadəçiləri

Saytın istifadəçiləri rezident və qeyri-rezident fiziki və hüquqi şəxslərdir.

  1. Dəyişikliklər

DMX bildiriş göndərmədən bu Qaydalara əlavə və dəyişikliklər etmək üçün müstəsna hüququ vardır. Hər hansı bir dəyişiklikdən sonra veb saytdan davamlı istifadəniz bu dəyişikliklərə razılığınız kimi qiymətləndirilir. Yeni qaydalar təsdiq edildiyi andan etibarən bundan əvvəl təsdiq edilmiş qaydalar qüvvədən düşmüş hesab edilir.

  1. Təhlükəsizlik

DMX fərdi məlumatların qorunması, təsadüfi itkilərin və icazəsiz girişlərin, istifadənin, veb saytda dəyişiklik edilməsinin və ya açıqlamaların olmaması üçün mümkün və lazımi, texniki və təşkilati tədbirlər görür.

  1. Əlavələr

DMX-nin veb saytında olan bütün məlumatların və dizayn (tərtibat) elementlərinin müəlliflik hüququ qorunur. DMX-nin veb saytında yerləşdirilmiş məlumatlardan istifadə edildikdə informasiya mənbəyi olaraq DMX-nin veb saytına istinad edilməsi və saytın ünvanının (www.migration.gov.az) göstərilməsi vacibdir.

Səhifənin son yenilənmə tarixi: 20.01.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti