Dövlət Miqrasiya Xidmətinin rəsmi internet səhifəsi vasitəsi ilə elektron formada göndərilmiş müraciətlər aidiyyəti üzrə Dövlət Miqrasiya Xidmətinin müvafiq struktur bölmələrinə daxil olur və "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1308-IVQ nömrəli Qanununa, habelə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 950 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması qaydası” na uyğun olaraq qeydiyyata alınır və baxılır.
- Müraciət mətnini yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.
- Müraciətin mətni oxunaqlı olmalı, müraciətdə edilən təklif və ya tələb aydın ifadə edilməlidir. Müraciətin mətnində təhqir və böhtana yol verilməməlidir.
- “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 6.4-cü maddəsinə uyğun olaraq anonim müraciətlər müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri tərəfindən qəbul edilmir və onlara baxılmır.
- Müraciətlə bağlı cavab almayanadək eyni mövzu ilə təkrar müraciət etməməyiniz xahiş olunur, bu hal müraciətin həll edilməsi prosesini yubada bilər.
- Vətəndaşın təkrar müraciətlərinə bir il ərzində 3 dəfə mahiyyəti üzrə əsaslandırılmış cavab verildikdə və təkrar müraciətdə məsələnin həlli üçün yeni məlumatlar olmadıqda müraciət baxılmamış saxlanılır.
- E- müraciətlər vətəndaşların inzibati icraat çərçivəsində etdikləri müraciətlərə şamil edilmir. Bununla bağlı elektron xidmətlərmizdən istifadə edə bilərsiniz.