Məxfilik siyasəti

  1. Giriş

Bu Məxfilik Siyasəti istifadəçilər (bundan sonra-istifadəçi və ya siz) tərəfindən “Migration.gov.az” (bundan sonra portal və ya veb-sayt) ziyarət olunan, təklif olunmuş xidmətlərdən istifadə edilən və ya bizimlə əlaqə saxlanılan zaman əldə edilmiş məlumatların (fərdi və texniki) toplanması, istifadəsi, qorunması, açıqlanması və verilməsi qaydalarını müəyyənləşdirir. Fərdi məlumatlar Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilən səlahiyyət və vəzifələrinin icra olunması üçün “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq toplanılır, işlənilir və mühafizə olunur.

  1. Toplanılan məlumatlar

Toplanan məlumatların məcmusu DMX tərəfindən veb-saytdan istifadənizin təmin edilməsi üçün tələb edilən və toplanan məlumatlardır, qeyd olunanlarla məhdudlaşdırılmamaqla bu məlumatların dairəsi aşağıdakı kimi müəyyən olunur:

2.1. Şəxsi məlumatlar:

- elektron kabinetinizə giriş edərkən təqdim etdiyiniz məlumatlar;

- elektron xidmətlərdən istifadə zamanı təqdim etdiyiniz məlumatlar;

- Veb-saytın əlaqə vasitəsilə (info@migration.gov.az) edilən müraciətlərdə (ərizə, təklif, şikayət və sorğu) qeyd edilən məlumatlar (əlaqə məlumatlarınız, o cümlədən telefon nömrəniz, e-poçt, poçt indeksi və ünvanınız);

- Azərbaycan Respublikası ərazisində daimi yaşamaq icazəsinin alınması və müddətin uzadılması ilə bağlı DMX-nin Təlim-tədris mərkəzi tərəfindən təşkil olunan kurslarda iştirakla bağlı elektron qeydiyyat zamanı təqdim edilən məlumatlar;

- Veb-saytın “abunə ol”, “məktub yazmaq” bölmələri vasitəsilə təqdim edilən məlumatlar.

2.2. Texniki Məlumatlar (Veb-saytımızı ziyarət etdiyinizdə avtomatik olaraq topladığımız texniki məlumatlar):

- Lokasiya məlumatınız;

- IP ünvanınız;

- Şəbəkə interfeysləri, cihazınızın növü və modeli, cihazınızdan alınan digər texniki məlumatlar;

- İstifadə məlumatları (məsələn, baxılan səhifələr, saytda keçirdiyiniz vaxt və s.).

  1. Toplanılan məlumatların istifadəsi

Şəxsi məlumatlarınızı aşağıdakı məqsədlər üçün istifadə edirik:

- Veb-saytdan istifadənizə kömək etmək və asanlaşdırmaq, o cümlədən elektron kabinetinizi yaratmaq, elektron kabinetinizə daxil olmanızı və funksionallıqlardan istifadənizi asanlaşdırmaq üçün;

- İstifadəçi olaraq tərəfinizdən və ya adınızdan ünvanlanmış hər hansı sorğu, rəy və ya şikayətlərə geri dönüşü təmin etmək;

- Müraciətiniz və ya xidmətinizin statusu ilə bağlı sizinlə əlaqə saxlamaq;

- Xidmətlərimiz haqqında sizə məlumat təqdim etmək;

- Veb-saytın təkmilləşdirilməsi çərçivəsində istifadəçi davranışını, meylləri və üstünlüklərini anlamaq üçün veb-saytdan istifadənizi izləmək və bu barədə anonimləşdirilmiş statistik məlumatlar hazırlamaq;

- Hüquqi və tənzimləyici tələblərə riayət etmək.

  1. Toplanmış məlumatların paylaşılması, ötürülməsi və ya açıqlanması

İstifadəçi olaraq təqdim etdiyiniz və yuxarıda qeyd olunan əsaslarla toplanmış məlumatlar qanunla qadağan edilmədiyi halda, DMX tərəfindən aşağıda qeyd olunan üçüncü şəxslərin hər hansı biri ilə paylaşıla, ötürülə və açıqlana bilər:

- Elektron xidmətlərin göstərilməsi məqsədi ilə mövcud olan və ya yeni yaradılan informasiya sistemlərinin və ehtiyatlarının qarşılıqlı əlaqələrinin və uzlaşmasının təmin edilməsi, həmçinin hüquqi tələblərin və ya qanuni öhdəliklərin yerinə yetirilməsi məqsədilə qanunla müəyyən olunmuş hüquqi əsas çərçivəsində dövlət qurumları (o cümlədən də onların strukturuna daxil olan qurumlar və ya strukturuna daxil olmayan tabeliyindəki qurumlar) ilə;

- Xidmətlərimizi təqdim etməyə kömək edən üçüncü tərəf xidmət təminatçıları ilə (məsələn, IT dəstəyi, ödəniş prosessorları);

- Qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə qərarı nəticəsində açıqlanması tələb edilən məlumat olduqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında və qanunla müəyyən edilmiş digər qaydada üçüncü şəxslərə;

- Dövlət qurumları (xüsusilə də hüquq mühafizə orqanları) və məhkəmələr tərəfindən əməliyyat-axtarış fəaliyyətinin təmini, məhkəmə araşdırması, cinayət işinin araşdırılması, ictimai qaydanın mühafizəsi və o cümlədən də milli təhlükəsizliyin təmini məqsədilə.

  1. Fərdi məlumatların mühafizəsi

“Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, fərdi məlumatlar toplandığı andan mühafizə olunur. Şəxsi məlumatlarınızı icazəsiz daxilolma, açıqlama, dəyişmə və məhv etmədən qorumaq üçün uyğun texniki və təşkilati tədbirlər tətbiq edirik.

  1. Məlumatların saxlanması

Şəxsi məlumatlarınızı bu Məxfilik siyasətində qeyd olunan məqsədləri yerinə yetirmək üçün Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq lazım olan müddət ərzində saxlayırıq. Məlumatlarınızın istifadəsinə artıq zərurət olmadığı zaman təhlükəsiz şəkildə məhv edəcəyik.

  1. İstifadəçi hüquqları

Veb-saytdan istifadə ilə bağlı aşağıdakı hüquqlarınız təmin olunur:

- Barənizdə toplanılan və işlənilən fərdi məlumatlar, onların əldə edilmə mənbəyi, hüquqi əsası haqqında məlumat almaq;

- Məlumatların düzəldilməsi və ya yenilənməsi;

- Şəxsi məlumatların işlənilməsinə etiraz etmə və ya məhdudlaşdırma;

- Barənizdə toplanılan və işlənilən fərdi məlumatların məhv edilməsi;

- “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununda və digər qanunvericilik aktlatında nəzərdə tutulan digər hüquqlardan istifadə etmək. Bu hüquqları istifadə etmək üçün, bizimlə (əlaqə e-poçtu/ telefon nömrəsi) vasitəsilə əlaqə saxlayın.

  1. Linklər

Portaldan digər veb-səhifə və mənbələrə aparan linklərə rast gələ bilərsiniz. Nəzərinizə çatdırmaq istəyirik ki, biz həmin saytların məxfiliyinə görə məsuliyyət daşımırıq və digər səhifələri baş çəkərkən, məxfilik siyasətləri ilə tanış olmağınızı sizə məsləhət görürük. Bu qaydalar yalnız migration.gov.az vasitəsilə toplanılan məlumatlara şamil olunur.

  1. Bu Məxfilik siyasətində dəyişikliklər

Tətbiq etdiyimiz praktikadakı və ya qanuni tələblərdəki dəyişiklikləri əks etdirmək məqsədilə bu Məxfilik siyasətinə dəyişiklik edə və ya yeniləyə bilərik. Əhəmiyyətli dəyişiklikləri veb-saytda dərc edilməklə və qüvvəyə minmə tarixini göstərməklə sizi xəbərdar edəcəyik.

  1. Əlavə məlumat

Bu Məxfilik siyasəti və ya DMX-nin fəaliyyəti ilə bağlı suallarınız varsa, aşağıdakı əlaqə vasitələrindən bizə müraciət edə bilərsiniz:

[Ünvan]

[E-poçt ünvanı]

[Telefon nömrəsi]


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur