1 saylı Sumqayıt “ASAN xidmət” mərkəzi vasitəsilə miqrasiya xidmətlərindən istifadə edən şəxslərin nəzərinə!
Sumqayıt şəhəri 1 saylı “ASAN xidmət” mərkəzinin fəaliyyəti zəruri təmir-bərpa işləri ilə əlaqədar 16 mart - 7 aprel 2025-ci il tarixində qismən məhdudlaşdırılacağından bu müddət ərzində mərkəz vasitəsilə miqrasiya məsələləri ilə bağlı yalnız hazır sənədlərin verilməsi həyata keçiriləcəkdir.
Sözügedən müddətdə miqrasiya məsələləri ilə bağlı müraciət etmək istəyən şəxslərdən 2 saylı Sumqayıt və ya digər “ASAN xidmət” mərkəzlərinin miqrasiya xidmətləri işçi yerlərinə müraciət etmələrini xahiş edirik.