Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Dövlət Miqrasiya Xidmətinin və 7 saylı Bakı “ASAN xidmət” mərkəzinin könüllüləri üçün birgə təlim keçirilib

Dövlət Miqrasiya Xidmətinin dəstəyi və 7 saylı Bakı “ASAN xidmət” mərkəzinin təşəbbüsü ilə “Ölkələrdə miqrasiya və onun sosial nəticələri” mövzusunda maarifləndirici təlim keçirilib.

Miqrasiya könüllüləri və ASAN könüllülərinin iştirak etdiyi tədbir Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vahid Qəhrəmanovun təqdimatında baş tutub.

Tədbirdə “Azərbaycan Respublikasında miqrasiya prosesləri – Konstitusiya və suverenlik kontekstində”, “Müasir immiqrasiya prosesləri”, “Miqrasiya və inkişaf”, “Dövlətlərin bu sahədə idarəetmə mexanizmləri”, “Sosial adaptasiya və inteqrasiya məsələləri” ilə bağlı mövzular müzakirə olunub.

Sonda könüllülər tərəfindən verilən suallar cavablandırılıb, fikir və təcrübə mübadiləsi aparılıb.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti