"Məcburi miqrasiya" mövzusunda həftəsonu təlimi keçiriləcək


2-3 mart 2019-cu il tarixlərdə Baku IdeaLabda  Dövlət Miqrasiya Xidmətinin tərəfdaşı olduğu Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin təşkilatçılığı ilə "Məcburi miqrasiya" mövzusunda növbəti miqrasiya tədqiqatları üzrə həftəsonu təlimi təşkil olunacaq.

Təlim Birləşmiş Krallığın Sasseks Universitetinin mühazirəçisi və Norveçin Oslo Sülh Araşdırmaları İnstitutunun qlobal tərəfdaşı Ceri Oeppen tərəfindən ingilis dilində keçiriləcəkdir.

İştirak etmək istəyənlər ingilis dilində tərcümeyi-halın (CV) və qoşmaya əlavə olunan qeydiyyat formasını doldurularaq 25.02.2019-cu il tarixinədək aida.hasanova@icmpd.org elektron ünvanına göndərə bilərlər.

İştirak könüllüdür.

Qeyd edək ki, təlim Dövlət Miqrasiya Xidməti ilə Avropa İttifaqının birgə layihəsi olan "Azərbaycanla Yerdəyişmə üzrə Tərəfdaşlığın İcrasına Dəstək (MOBİLAZE)" layihəsi çərçivəsində həyata keçirilir.

Qeydiyyat forması

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur