Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Azərbaycan Respublikasının miqrasiya orqanlarına qulluğa qəbulla əlaqədar Azərbaycan Respublikasının vətəndaşları üçün müsabiqə elan edir


Azərbaycan Respublikası vətəndaşları aşağıda adları qeyd olunan vakant vəzifələrə qulluğa qəbulla əlaqədar müsabiqəyə dəvət olunurlar:

  • Dövlət Miqrasiya Xidmətinin Aparatı-2 yer (inspektor);
  • Gəncə regional miqrasiya idarəsi – 1 yer (inspektor);
  • Lənkəran regional miqrasiya idarəsi –  1 yer (inspektor);
  • Xaçmaz regional miqrasiya idarəsi –  1 yer (inspektor);
  • Şəki regional miqrasiya idarəsi –  2 yer (inspektor);
  • Ağsu regional miqrasiya idarəsi – 2 yer (inspektor);
  • Yevlax regional miqrasiya idarəsi –  1 yer (inspektor);
  • Şirvan regional miqrasiya idarəsi –  2 yer (inspektor);
  • Yevlax şəhər qanunsuz miqrantların saxlanılması mərkəzi – 1 yer (inspektor);
  • Yevlax şəhər qanunsuz miqrantların saxlanılması mərkəzi – 1 yer (inspektor-tərcüməçi).

Vakant vəzifələrin tələblərinə cavab verən, müsabiqədə iştirak etmək arzusu olan şəxslər vakant olan yalnız bir vəzifəyə işə qəbul edilməsi üçün ərizə ilə müraciət edərək aşağıdakı sənədləri təqdim etməlidirlər:

  • kadrlar uçotunun şəxsi vərəqəsi;
  • ərizə;
  • şəxsiyyət vəsiqəsinin surəti; 
  • Ali təhsil haqqında sənədin və onun əlavəsinin surəti; Xarici ölkələrdə ali təhsil almış vətəndaşlar təhsil haqqında sənədlərinin Azərbaycan Respublikasında tanınması haqqında şəhadətnamələri təqdim etməlidirlər;
  • hərbi biletin surəti (kişilər üçün);
  • əmək kitabçasının surəti (olduğu təqdirdə)
  • 2 (iki) ədəd foto şəkil (3x4sm ölçüdə)

Müsabiqədə iştirak etmək üçün sənədlər 2018-ci il oktyabr ayının 16-dan noyabr  ayının  16-dək hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10.00-dan 17.00-dək Dövlət Miqrasiya Xidmətinin Aparatında (Ünvan: AZ1114, Bakı şəhəri, Binəqədi rayonu,    3123-cü məhəllə, Binəqədi şossesi 202) və ya elektron qaydada (migration.gov.az) qəbul olunur. 

Azərbaycan Respublikasının miqrasiya orqanlarına qulluğa qəbul Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”nin və Azərbaycan  Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq aparılır.

           Xarici dil biliklərinə malik olan şəxslərə üstünlük verilir.  

          Əlaqə nömrəsi: (012) 562-53-01

* Vakant vəzifələr haqqında məlumataədəbiyyat siyahısına buradan baxa bilərsiniz


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur