Miqrasiya ilə əlaqəli sahələrdə işləyən gənc mütəxəssislər, araşdırmaçılar və məzunlar üçün miqrasiya üzrə maraqlı həftəsonu təlim ELANI


Dövlət Miqrasiya Xidmətinin tərəfdaşı olan Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin təşkilatçılığı ilə "Qlobal miqrasiya tendensiyaları" mövzusunda miqrasiya üzrə həftəsonu təlimləri keçiriləcək. 

Seminarın hədəf qrupuna miqrasiya ilə əlaqəli sahələrdə işləyən gənc mütəxəssislər, araşdırmaçılar və məzunlar daxildir.  Seminar miqrasiya sahəsi üzrə tanınmış alim, professor Ronal Skeldon tərəfindən keçiriləcək.

Maraqlanan namizədlər CV və doldurulmuş qeydiyyat formasını 1 oktyabr tarixinədək

aida.hasanova@icmpd.org<mailto:aida.hasanova@icmpd.org> ünvanına göndərməlidirlər.

Qeydiyyat formasını aşağıdaki keçiddən yükləyə bilərsiniz:

<https://www.dropbox.com/s/sadbbyuhtpbrdz4/Registration_form.docx?dl=0>

13-14 oktyabr 2018-ci il tarixlərdə Bakı şəhərində "Hyatt Regency" mehmanxanasında təşkil edilən təlimlərdə mühazirələr və seminarlar ingilis dilindədir.

Tədbirdə iştirak ödənişsizdir.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur