Dövlət Miqrasiya Xidməti İsmayıllı şəhərində “Açıq qapı günü” keçirəcək
“Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq 20 fevral 2018-ci ildə saat 11.00-da Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən İsmayıllı şəhərində “Açıq qapı günü” - vətəndaş forumu keçiriləcəkdir.
Tədbirdə Ağsu regional miqrasiya idarəsinin xidmət ərazisində yerləşən rayonların ictimaiyyət nümayəndələri, əcnəbi və vətəndaşlığı olmayan şəxslər, həmçinin arzu edənlər iştirak edə bilərlər.
Ünvan: İsmayıllı şəhəri, Heydər Əliyev prospekti 61. Heydər Əliyev adına rayon Mədəniyyət Mərkəzi.