Dövlət Miqrasiya Xidməti tərəfindən Sumqayıt şəhərində “Açıq qapı günü” keçiriləcək


“Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq 25 oktyabr 2017-ci ildə saat 11.00-da Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən Sumqayıt şəhərində “Açıq qapı günü” - vətəndaş forumu keçiriləcəkdir.

Tədbir çərçivəsində miqrasiya məsələləri üzrə vətəndaşların təklif və rəylərinin qəbulu, müzakirələrin təşkili, vətəndaşları maraqlandıran sualların cavablandırılması planlaşdırılır.

Arzu edənlər iştirak edə bilərlər.

 

Ünvan: Sumqayıt şəhəri, 9-cu mikrorayon,

              Heydər Əliyev Mərkəzi.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur