Dövlət Miqrasiya Xidməti Göyçay şəhərində hüquqi maarifləndirmə tədbiri keçirəcək
07 noyabr 2017-ci ildə saat 10.30-da Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən Göyçay şəhərində “Azərbaycan Respublikasının ümumtəhsil müəssisələrində təhsil alan əcnəbi və vətəndaşlığı olmayan şəxslərə ölkə ərazisində yaşamaq hüququ verən sənədlərin alınması qaydaları və “Vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi” mövzularında regional tədbir keçiriləcəkdir.
Tədbirdə Ağsu regional miqrasiya idarəsinin xidmət ərazisində yerləşən rayonların təhsil şöbələrinin rəhbər və məsul şəxsləri, ictimaiyyət nümayəndələri, əcnəbi və vətəndaşlığı olmayan şəxslər, həmçinin arzu edənlər iştirak edə bilərlər.
Ünvan: Göyçay şəhəri, Dövlət İmtahan Mərkəzinin Göyçay regional bölməsinin inzibati binası.