Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin diqqətinə!


Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə "Psixososial Reabilitasiya və İnkişaf" İctimai Birliyi tərəfindən “Miqrantların psixoloji adaptasiyasına dəstək” layihəsi həyata keçirilir.

Layihənin məqsədi Azərbaycan Respublikasında məskunlaşmış miqrantların psixoloji adaptasiyasına və onların cəmiyyətə inteqrasiyasına dəstək göstərməkdir. Qeyd edək ki, layihə çərçivəsində Bakı şəhərində məskunlaşmış əcnəbilərə sorğuların keçirilməsinə və həmin şəxslərlə ölkəmizə xas olan mentalitet və etnik psixoloji xüsusiyyətlər barədə məlumatlandırma işinin təşkilinə xüsusi diqqət yetiriləcək.

Keçiriləcək sorğu nəticəsində psixoloji dəstəyə daha çox ehtiyacı olan miqrantlar, o cümlədən onların uşaqları üçün qrup terapiyaları və fərdi məsləhətlər üsulu ilə psixoloji dəstək proqramları təşkil olunacaq.

Tədbirlərdə iştirak etmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (+994) 502448004 mobil nömrəsi ilə əlaqə saxlaya və ya müvafiq məlumatları (şəxsin adı, soyadı, atasının adı, vətəndaşlığı, faktiki yaşadığı ünvan, əlaqə nömrələri) office@psychosocial.az elektron poçtu vasitəsilə təqdim edə bilərlər.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur