Miqrasiya orqanlarına qulluğa qəbulla əlaqədar müsabiqənin söhbət mərhələsində iştirak edəcək namizədlərin NƏZƏRİNƏ:
Vəzifə borclarının icrası ilə əlaqədar Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktlarını (xüsusilə Azərbaycan Respublikasının Konstitusiyası, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu, “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu, “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi (Ümumi hissə), “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə”, “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”) tətbiq etmək sahəsində bilik və bacarığının müəyyən edilməsi, həmçinin peşəkar keyfiyyətlərinin (ümumi dünyagörüşü, özünü təqdimetmə, fikir və rəyini ifadəetmə, təmkinlilik, təşəbbüskarlıq, analitik düşünmə, problemləri həlletmə və s.) qiymətləndirilməsi üçün müvafiq suallar veriləcək.