DMX və MSİBM Azərbaycanda miqrantlar və qaçqınlar üçün İnteqrasiya Proqramı elan edir


Dövlət Miqrasiya Xidməti (DMX) və Miqrasiya Siyəsətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz (MSİBM) “Azərbaycanla Yerdəyişmə üzrə Tərəfdaşlığın həyata keçirilməsinə dəstək (MOBILAZE 2)” layihəsi çərçivəsində Azərbaycanda yaşayan miqrantlar və qaçqınlar üçün İnteqrasiya Proqramı elan edir!

Proqram çərçivəsində aşağıdakı xidmətlər göstərilir:

  1. Uyğunlaşma dəstəyi - yeni gələnlər arasında Azərbaycan dilini bilməyən və ya az bilənlərə mövcud olan səhiyyə, dil, notariat, mədəniyyət və təhsil xidmətlərindən istifadənin planlaşdırılmasında və görüşlərin təşkil edilməsində dil dəstəyi və istiqamətləndirmə;
  2. Səhiyyə xidmətləri - miqrantlar və qaçqınlar üçün səhiyyə və sosial xidmətlərin əlçatanlığın təmin olunması;
  3. Məşğulluq və təhsil xidmətləri - miqrantların və qaçqınların ehtiyaclarına uyğun məşğulluq və təhsil xidmətlərinə yönləndirilməsi;
  4. Mədəni xidmətlər - milli və mədəni dəyərlərin mübadiləsi və sosial əlaqələrin qurulması üçün tədbirlərin təşkili;
  5. Əlavə dəstək xidmətləri - Azərbaycan dilinin mənimsənilməsi üçün əlavə dəstəyin göstərilməsi;

Miqrantlar və qaçqınlar üçün İnteqrasiya Proqramına aşağıdakı vasitələrlə müraciət etmək mümkündür:

Ünvan: Atatürk prospekti 189, Bakı Şəhər Regional Miqrasiya Baş İdarəsi

İş saatları: Həftəiçi hər gün 9:00 - 17:00

Əlaqə nömrələri: +994552142450; +994775820050

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur