Azərbaycan Respublikasının miqrasiya orqanlarına qulluğa qəbulla əlaqədar elan edilmiş müsabiqənin söhbət mərhələsində iştirak edəcək namizədlərin NƏZƏRİNƏ:
Azərbaycan Respublikasının miqrasiya orqanlarına qulluğa qəbulla əlaqədar elan edilmiş müsabiqənin söhbət mərhələsində iştirak edəcək hər bir namizədə onun vəzifə borclarının icrası ilə əlaqədar Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktlarını (xüsusilə Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi, “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”) tətbiq etmək sahəsində bilik və bacarığının müəyyən edilməsi, həmçinin peşəkar keyfiyyətlərinin (özünü təqdimetmə, fikir və rəyini ifadəetmə, təmkinlilik, təşəbbüskarlıq, analitik düşünmə, problemləri həlletmə və s.) qiymətləndirilməsi üçün müvafiq suallar veriləcəkdir.
Müsabiqənin söhbət mərhələsi Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən tərtib olunmuş qrafikə uyğun olaraq Dövlət Miqrasiya Xidmətinin Aparatında (Ünvan: AZ1114, Bakı şəhəri, Binəqədi rayonu, 3123-cü məhəllə, Binəqədi şossesi 202) keçiriləcəkdir.
Namizədlərə müsabiqənin söhbət mərhələsinin keçirilmə tarixi barədə əlavə məlumat veriləcəkdir.
Qeyd: Azərbaycan Respublikasının miqrasiya orqanlarına qulluğa qəbulla əlaqədar elan edilmiş müsabiqənin söhbət mərhələsinin ədəbiyyat siyahısını buradan əldə edə bilərsiniz.