Dövlət Miqrasiya Xidməti və Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan Nümayəndəliyinin birgə məlumatı


Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan Nümayəndəliyi, “Azərbaycanda həssas vəziyyətdə olan əcnəbi miqrantlara BMqT-nin COVID- 19 Qlobal Strateji Hazırlıq və Yardım Planı çərçivəsində dəstəyin göstərilməsi” layihəsi ilə əlaqədar ehtiyacı olan miqrantlara müvəqqəti mənzil təminatı, ərzaq, qeyri-qida məhsulları, geyim, eləcə də tibbi  və sənədləşmə istiqamətləri üzrə yardımların göstərilməsini planlaşdırır.

Yardımlar aşağıdakı şəxslər üçün nəzərdə tutulub

  • Qeyri-qanuni vəziyyətdə olan miqrantlar (vizasının vaxtı bitən, şəxsi sənədlərinin vaxtı bitən və )
  • Ağır iqtisadi vəziyyətdə yaşayanlar
  • Qida/qeyri-qida məhsullarına, sığınacağa ehtiyacı olanlar
  • İşsiz aşağı ixtisaslı əməkçi miqrantlar
  • Aztəminatlı miqrantlar (ölkədə müəyyən edilmiş yaşayış minimumuna istinadla)
  • Çətin vəziyyətdə olan əcnəbi tələbələr
  • Sığınacaq müraciətinə imtina almış şəxslər

Qeyd olunan miqrant kateqoriyalarına və həssaslıq meyarlarına uyğun gələn şəxslər yardımdan faydalanmaq üçün aşağıdakı əlaqə vasitələrini istifadə etməklə müsahibə üçün müraciət edə bilərlər:

-      Telefon +99450 225 22 92

  • Elektron qeydiyyat forması
  • Qeydiyyat formasının BMqT-nin aşağıda ünvanları göstərilən ofislərində də doldurulması mümkündür:

Qeyd: Sözügedən yardımlar Azərbaycan vətəndaşlarına, Azərbaycanda daimi yaşama icazəsi və qaçqın statusu olan şəxslərə şamil edilmir.

BMqT Bakı

3 İbrahimpaşa Dadaşov küç. AZ1069, Bakı, Azərbaycan

Tel: +994 12 563 44 27/28/29 (daxili: 123)

E-mail: iomazerbaijan@iom.int

BMqT Mingəçevir

14 N. Nərimanov küç.

9/29, Mingəçevir, Azərbaycan Tel: +994 24 274 73 65

E-mail: iommingachevir@iom.int

Yardımdan yararlana biləcək şəxslərə dair yekun qərar BMqT-nin Azərbaycan nümayəndəliyində keçiriləcək müsahibə əsasında veriləcəkdir.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur