Dövlət Miqrasiya Xidmətinin rəisi vətəndaş qəbulu keçirəcək


Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov 1 aprel saat 15:00-da vətəndaş qəbulu keçirəcək.

Videoqəbulda iştirak etmək istəyən vətəndaşlar Xidmətin rəsmi internet səhifəsi vasitəsilə buradan qəbula yazıla bilərlər.

Qəbula yazılanlar şəxsiyyət vəsiqəsini (əcnəbi olduğu təqdirdə yaşama icazəsi və ya xarici pasportu), nümayəndə müraciət etdikdə isə bunu təsdiqləyən rəsmi sənədləri təqdim etməlidir. Müraciətin səbəbi aydın və ətraflı göstərilməlidir.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur