Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin diqqətinə!
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın əcnəbilərin inteqrasiyası üzrə işçi qrupuna daxil olan “Vətənpərvər Maarifçi Gənclər” İctimai Birliyi tərəfindən “Mən fəxr edirəm ki, Azərbaycanlıyam festivalı” layihəsinin həyata keçirilməsi nəzərdə tutulub.
Layihə çərçivəsində əcnəbilərin Azərbaycan dilinin öyrənilməsi səviyyəsini qiymətləndirmək məqsədilə Bakı şəhərində seminarlar keçiriləcək. Eyni zamanda, ölkəmizin müxtəlif regionlarına (Şamaxı, İsmayıllı, Qəbələ) ekskursiyaların təşkili nəzərdə tutulur. Qeyd olunan layihəyə qoşulmaq arzusunda olan əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri təşkil olunacaq tədbirlərdə iştiraka dəvət edirik.
Tədbirlərdə iştirak etmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (+994) 502455803 mobil nömrəsi ilə əlaqə saxlaya və ya müvafiq məlumatları (şəxsin adı, soyadı, atasının adı, vətəndaşlığı, faktiki yaşadığı ünvan, əlaqə nömrələri) vmb.ib@mail.ru, qarabag.azerb@gmail.com elektron poçtu vasitəsilə təqdim edə bilərlər.