25 iyun 2019-cu il tarixdə saat 11:00-da Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuraya seçkilər keçiriləcək


“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 816-IVQ nömrəli Qanununa, Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 yanvar tarixli 89 nömrəli Fərmanına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq 25 iyun 2019-cu il tarixdə saat 11:00-dan 16:00-dək Dövlət Miqrasiya Xidmətinin inzibati binasında (Bakı şəhəri, Binəqədi rayonu, 3123-cü məhəllə, Binəqədi şossesi 202. Metronun "Azadlıq" stansiyasının yaxınlığında) Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuraya  (bundan sonra İctimai Şura) seçkilər keçiriləcəkdir.

 

İctimai Şura üzvlüyünə namizədliyi qeydə alınmış şəxslər aşağıdakılardır:

 

  • Bağırov Kənan Sabir oğlu - 27.03.1990-cı ildə Bakı şəhərində anadan olub. Ali təhsillidir Subaydır. “Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi” İctimai Birliyinin vitse-prezidentidir.
  • Dadaşova Şərqiyə Ənvər qızı - 01.07.1955-ci ildə Ağdam rayonunda anadan olub. Ali təhsillidir. Ailələlidir, 3 övladı var. “Regional Gender Mərkəzi” İctimai Birliyinin sədridir.
  • Məmmədova Kəmalə Natiq qızı - 20.08.1979-cu ildə Bakı şəhərində anadan olub. Ali təhsillidir. Ailəlidir, iki övlad var. “Turizmə və Milli Mətbəxin İnkişafına Dəstək” İctimai Birliyinin sədridir.
  • Kətanov Məmməd Teymur oğlu - 07.02.1987-ci ildə Bakı şəhərində anadan olub. Ali təhsillidir. Ailəlidir. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Miqrasiya şöbəsinin müdiridir.
  • Allahverənov Azər Kərim oğlu - 20.02.1972-ci ildə Bakı şəhərində andan olub. Ali təhsillidir. Ailəlidir, iki övladı var. “Həyat” Humanitar Dəstək İctimai Birliyinin idarə heyətinin sədridir.
  • Hüseyn Arzu Əfqan qızı - 11.08.1973-cü ildə Ağdam rayonunda anadan olub. Ali təhsillidir. Subaydır. “Təkamül və İnteqrasiya” Beynəlxalq İctimai Birliyinin sədridir.
  • Fətullayev Vidadi Bayram oğlu – 01.11.1972-ci il də Siyəzən şəhərində anadan olub. Ali təhsillidir. Ailəlidir, iki övladı var. “Miqrasiya Sahəsinin İnkişafı” İctimai Birliyinin sədridir.
  • Kərimova Lamiyə Ağa qızı – 23.04.1977-ci ildə Ağdam rayonunda anadan olub. Ali təhsillidir. Subaydır. “Psixososial reabilitasiya və inkişaf” İctimai Birliyinin sədridir.
  • Niftalı Habil Abid oğlu – 01. 01.1980-ci ildə Qəbələ rayonunda anadan olub. Ali təhsillidir. Ailəlidir, bir övladı var. “OPTİMİST” Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin sədridir.
  • Vəliyeva Fəridə Talıb qızı – 26.12.1960-cı ildə Ağdam rayonunda anadan olub. Ali təhsillidir. Ailəlidir, bir övladı var. “Miqrasiya proseslərinin tədqiqi” İctimai Birliyinin sədridir.
  • Cavanşirli Ayxan Sərdar oğlu – 19.02.1994-cü ildə Bakı şəhərində anadan olmuşdur. Subaydır. “İsmayıllı yazarları” Ədəbi İctimai Birliyinin üzvüdür.
  • Qəriboğlu Zaur Qərib oğlu – 01.02.1989-cu ildə Bakı şəhərində anadan olmuşdur. Ali təhsillidir. Ailəlidir, iki övladı var. “Beynəlxalq İnformasiya və Regional Araşdırmalar” İctimai Birliyinin sədridir.
  • Abbas Radə Sabir qızı - 10.08.1962-ci ildə Ağcabədi rayonunda anadan olmuşdur. Ali təhsillidir. Subaydır, bir övladı var. “Müharibə veteranları qadınlarına sosial yardım ” İctimai Birliyinin sədridir.

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin 3.2-ci bəndinə müvafiq olaraq İctimai Şuraya seçkilərdə təmsilçilərinin (seçicilərinin) iştirak etməsini istəyən vətəndaş cəmiyyəti institutlarının 15 iyun 2019-cu il tarixədək həmin şəxslər (hər vətəndaş cəmiyyəti institutundan 1 nəfər olmaq şərtilə) barədə zəruri məlumatları (adı, soyadı, atasının adı, təvəllüdü, yaşayış yeri, əlaqə vasitəsi) göstərməklə, info@migration.gov.az elektron poçtu vasitəsilə (ictimai birlik adından rəsmi məktubla) seçki komissiyasına təqdim etməlidirlər.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur