Dövlət Miqrasiya Xidmətinin əməkdaşları Heydər Əliyev Mərkəzinİ ziyarət ediblər
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ərəfəsində Heydər Əliyev Mərkəzini ziyarət edən Xidmət əməkdaşlarına mərkəz barədə ətraflı məlumat verilib. Mərkəzdə yaradılan Heydər Əliyev Muzeyi ilə tanışlıq miqrasiya orqanları işçilərinin marağına səbəb olub. Onlar öncə Ümummilli Liderin həyat yolu, Ulu Öndər barədə maraqlı faktlar, foto və videomateriallarla tanış olublar. Bildirilib ki, Mərkəz müstəqil Azərbaycanın memarı və qurucusu, Ümummilli lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq məfkurəsinin, Ulu Öndərin irsinin dərindən öyrənilməsi və tədqiqi istiqamətində fəaliyyət göstərir. Həmçinin Mərkəz Azərbaycan tarixinin, dilinin, mədəniyyətinin və digər milli sərvətlərinin beynəlxalq aləmdə tanıdılması və təbliği, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekologiya və iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına xidmət edən layihələr həyata keçirir.
Nadir memarlıq nümunələrindən biri olan və çoxfunksiyalılığı ilə seçilən Heydər Əliyev Mərkəzi artıq dünya memarlığı siyahısına daxil edilib. Burada rəsmi qəbullar, müxtəlif beynəlxalq konfranslar, iclaslar və digər tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılıb.
DMX əməkdaşları Heydər Əliyev Mərkəzindən zəngin təəssüratlarla ayrılıblar.