Dövlət Miqrasiya Xidməti Balakən rayonunda səyyar xidmət təşkil edib
Dövlət Miqrasiya Xidməti (DMX) Şəki regional miqrasiya idarəsinin xidmət ərazisinə aid olan Balakəndə əcnəbi və vətəndaşlığı olmayan şəxslər üçün səyyar xidmət təşkil edib.
Səyyar xidmətin imkanlarından 37 şəxs istifadə edib. Belə ki, 15 şəxsə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün və 3 nəfərə isə daimi yaşamaq üçün icazə vəsiqələri, 8 nəfərə vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması ilə bağlı arayış verilib. 2 nəfərdən daimi yaşama icazəsi ilə bağlı müraciət qəbul edilib. 9 şəxsə isə təqdim etdikləri sənədlərdə mövcud çatışmazlıqlar izah edilib, həmçinin DMX-nin funksiyalarına aid olan xidmətlərlə bağlı qanunvericiliklə tələb olunan sənədlərin siyahısı təqdim olunub.
Müraciət edənlər səyyar xidmətin təşkilindən razı qaldıqlarını bildiriblər.