Dövlət Miqrasiya Xidməti Quba rayonunda səyyar xidmət təşkil edib
Dövlət Miqrasiya Xidməti (DMX) Xaçmaz regional miqrasiya idarəsinin xidmət ərazisinə aid olan Qubada əcnəbi və vətəndaşlığı olmayan şəxslər üçün səyyar xidmət təşkil edib.
Quba rayonunun Gənclər mərkəzində təşkil edilmiş səyyar xidmətin imkanlarından 47 şəxs istifadə edib. Belə ki, 4 nəfərdən müvəqqəti yaşama icazəsi, 1 nəfərdən daimi yaşama icazəsi, 1 şəxsin vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması ilə bağlı müraciətlər qəbul edilib. 17 nəfərə vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması barədə arayış, 8 nəfərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti, 7 nəfərə daimi yaşamaq üçün icazə vəsiqələri verilib. 9 şəxsə isə təqdim etdikləri sənədlərdə mövcud çatışmazlıqlar izah edilib, həmçinin DMX-nin funksiyalarına aid olan xidmətlərlə bağlı qanunvericiliklə tələb olunan sənədlərin siyahısı verilib.
Müraciət edənlər səyyar xidmətin təşkilinə görə minnətdarlıqlarını bildiriblər.