newsPhoto

Azərbaycan Respublikasının vətəndaşlığına qəbul və bərpa edilmiş şəxslərin Dövlət Miqrasiya Xidmətində təntənəli andiçmə mərasimi keçirilib

Aprelin 3-də Dövlət Miqrasiya Xidmətində Azərbaycan Respublikasının vətəndaşlığına qəbul və bərpa edilmiş şəxslərin təntənəli şəraitdə Dövlət bayrağı önündə Konstitusiyaya əl basmaqla dövlət dilində Azərbaycan Respublikasına sadiq olacaqları barədə andiçmə mərasimi keçirilib.

Azәrbaycan Prezidentinin Sәrәncamları ilə vәtәndaşlığa qәbul və bərpa edilәn şәxslәrin andiçmә mәrasimindә bildirilib ki, əsası Ulu öndәr Heydәr Әliyev tәrәfindәn qoyulmuş inkişaf strategiyasına uyğun olaraq Prezident İlham Əliyev respublikamızın regional və beynəlxalq iqtisadi əməkdaşlıq mərkəzinə çevrilməsini təmin edib. Ölkəmizdə müşahidə olunan sosial-iqtisadi inkişaf, sabitlik, mövcud təhlükəsizlik mühitinin yaradılması, miqrantların hüquq və azadlıqlarının qorunması sahəsində görülən işlər, həmçinin respublikamızın geosiyasi mövqeyi, tranzit imkanlarının genişliyi, turizm imkanları dünyanın müxtəlif yerlərindən Azərbaycana miqrasiya proseslərinin intensivləşməsinə, respublikamızın vәtәndaşı olmaq istәyәnlәrin sayının ildәn-­ilә artmasına səbəb olub.

Görüşdə əsas insan hüquqlarından biri olan vətəndaşlıq hüququnun  əhəmiyyətinə toxunulub və ona görə də hər bir vətəndaşın dövlətlə münasibətə məsuliyyətlə yanaşmalı olduğu vurğulanıb.

Sonra vәtәndaşlığa qәbul və bərpa edilmiş 35 şәxs Dövlәt bayrağı önündә Azәrbaycan Respublikasının Konstitusiyasına әl basaraq Azәrbaycan Respublikasına sadiq olacaqları barәdә tәntәnәli surәtdә and içiblәr.

Tәdbir Dövlәt himninin ifası ilә yekunlaşıb.

Xatırladaq ki, andiçmә “Azәrbaycan Respublikasının vәtәndaşlığı haqqında" Qanuna әsasәn keçirilir.

And içәn Azәrbaycan Respublikasının vәtәndaşı andın mәtnini imzalayır vә bu sәnәd Dövlәt Miqrasiya Xidmәtindә saxlanılır.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur