Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Bakı şəhər qanunsuz miqrantların saxlanılması mərkəzində bayram şənliyi təşkil olunub  

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Dövlət Miqrasiya Xidmətinin Bakı şəhər qanunsuz miqrantların saxlanılması mərkəzində yerləşdirilmiş əcnəbilər üçün bayram şənliyi təşkil olunub.

Əvvəlcə Xidmətin məsul əməkdaşları tədbir iştirakçılarını bayram münasibətilə təbrik ediblər.

İnternasional şənlikdə bildirilib ki, yola saldığımız 2016-cı il Azərbaycanda “Multikultiralizm ili”dir. Prezident İlham Əliyevin dediyi kimi multikulturalizm Azərbaycanda həyat tərzidir. Bu gün də təşkil edilmiş bayram şənliyi deyilən fikrin əyani nümunələrindəndir.

Görüş iştirakçıları tədbirin təşkilinə, Mərkəzdə onlar üçün yaradılmış şəraitə, xoş münasibətə və səmimi rəftara görə  minnətdarlıqlarını bildiriblər.

 

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti