Bakıda Beynәlxalq Miqrant Günü qeyd edilib
Dekabrın 19-da Beynәlxalq Miqrasiya Tәşkilatının (BMqT) Bakıdakı nümayәndәliyinin, Azәrbaycan Dövlәt Miqrasiya Xidmәtinin, Ombudsman Aparatının birgә tәşkilatçılığı ilә Beynәlxalq Miqrant Gününә, BMqTnin 65-ci ildönümünә, BMqTnin Azәrbaycandakı fәaliyyәtinin 20 illiyinә vә ölkәmizin bu quruma üzvlüyünün 15-ci ildönümünә hәsr edilmiş tәdbir keçirilib.
Tәdbirdә BMqTnin Azәrbaycandakı nümayәndәliyinin rәhbәri Serhan Aktoprak, Dövlәt Miqrasiya Xidmәtinin rәis müavini Pәrviz Musayev, Ombudsman Elmira Süleymanova, DMX yanında İctimai Şuranın sәdri Azәr Allahverәnov vә digәrlәri çıxış edәrәk cәmiyyәtin diqqәtinin miqrantların problemlәrinә yönәldilmәsi vә mәlumatlandırılması baxımından Beynәlxalq Miqrant Gününün әhәmiyyәtindәn danışıblar. Bildirilib ki, 1990-cı il dekabrın 18-dә BMT Baş Mәclisi tәrәfindәn “Bütün әmәkçi miqrantların vә onların ailә üzvlәrinin hüquqlarının müdafiәsi haqqında” Konvensiya qәbul edilib. Bu Konvensiya Azәrbaycan Respublikası Milli Mәclisinin 1998-ci il 11 dekabr tarixli qanunu ilә ratifikasiya olunub. 2000-ci ildәn etibarәn dekabrın 18-i dünyada Beynәlxalq Miqrant Günü kimi qeyd olunur. Qeyd edilib ki, hazırda dünyada 250 milyondan çox miqrant mövcuddur ki, bu da hәr 30 nәfәrdәn birinin miqrant olması demәkdir. Müharibәlәrin artması insanların ölkәlәrini tәrk etmәsinә, miqrasiyanın baş vermәsinә sәbәb olur. Belәliklә, insanların yaşamaq hüququ pozulur. Ötәn il 1 milyondan çox miqrant Avropa qitәsinә miqrasiya edib. Miqrantların hüquqlarının müdafiәsinә ehtiyac var. Miqrasiya probleminin hәllindә müvafiq dövlәt qurumlarının, BMqT-nin, QHT-lәrin vә digәr tәşkilatların birgә әmәkdaşlığı әhәmiyyәtli rol oynayır. 2016-cı il sentyabrın 19-da Beynәlxalq Miqrasiya Tәşkilatının rәsmi olaraq BMT sisteminә daxil olması bu problemin hәllinә öz töhfәsini verәcәk. Diqqәtә çatdırılıb ki, miqrantların hüquqlarının qorunması insan hüquqlarının bir hissәsidir. Hәr bir insanın hüquqları tәmin olunmalıdır. BMT-nin Baş Mәclisi 1948-ci ildә Ümumdünya İnsan Hüquqları Bәyannamәsini qәbul edib. Bu Bәyannamәdә qeyd edilir ki, bütün hüquqların tәmin olunmasında ayrı seçkiliyә yol verilmәmәzliyi prinsipi dayanmalıdır. Hәr kәsin bәrabәrhüquqlu olması Azәrbaycan Konstitusiyasında xüsusi maddә ilә öz әksini tapıb. Tәdbirdә ölkәmizdә miqrasiya siyasәtinin sәmәrәli nәticәlәri, әldә olunmuş nailiyyәtlәr, miqrasiya qanunvericiliyinin tәkmillәşdirilmәsi ilә bağlı görülәn işlәr barәdә mәlumat verilib. Bildirilib ki, Azәrbaycanda miqrantların vә insan hüquqlarının müdafiәsi prioritet mәsәlәdir. Ölkәmizdә miqrantların problemlәrinin hәlli, insan hüquqlarının qorunması, bәrabәrliyin tәmin olunması istiqamәtindә müvafiq qanunlar, Miqrasiya Mәcәllәsi qәbul edilib, mәqsәdyönlü tәdbirlәr görülüb, miqrantların yaşaması sadәlәşdirilib. Bütün bunlar miqrantların hüquqlarının qorunması ilә yanaşı, miqrantlarla aparılan sәnәdlәşmә işlәrinin sadәlәşdirilmәsinә xidmәt edir. Ölkәmiz 230-dan çox beynәlxalq konvensiyanı ratifikasiya edib ki, bunların da әksәriyyәti insan hüquqları ilә bağlıdır. Miqrantlara vә qaçqınlara yaxşı münasibәtdә Azәrbaycan dünyadakı bütün ölkәlәrә nümunә ola bilәcәk miqrasiya idarәçiliyi modeli yaradıb. Diqqәtә çatdırılıb ki, 25 ildәn çoxdur torpaqlarımız Ermәnistan silahlı qüvvәlәri tәrәfindәn işğal olunub. Amma dövlәtimiz miqrantların hüquqlarını hәr zaman diqqәtdә saxlayıb. Ölkәmiz müstәqilliyini bәrpa etdikdәn sonra qaçqın axını ilә üz-üzә qalmışdı. Vaxtilә 250 mindәn çox azәrbaycanlı milli mәnsubiyyәtinә görә Ermәnistan tәrәfindәn öz doğma yurdlarından zorla çıxarılıb vә onlar ölkәmizdә mәskunlaşıblar. Ümumiyyәtlә, Ermәnistanın Azәrbaycan torpaqlarını işğal etmәsi nәticәsindә bir milyondan çox azәrbaycanlı qaçqın vә mәcburi köçkün vәziyyәtinә düşüb. Bu insanlar Azәrbaycan dövlәtinin qayğısı ilә әhatә olunublar. Azәrbaycanda insan hüquqlarına hörmәt ölkәmizi miqrantlar üçün cәlbedici mәkana çevirib. Artıq Azәrbaycan miqrantlar üçün mәnşә ölkәsindәn tәyinat ölkәsinә çevrilib. DMX tәrәfindәn aparılan uğurlu tәdbirlәr nәticәsindә ölkәmizdә qanunsuz miqrantların sayı minimuma endirilib. Tәdbirdә vurğulanıb ki, bir milyondan çox qaçqın vә mәcburi köçkünü olan Azәrbaycan miqrantları yüksәk sәviyyәdә qәbul edir, onları yerlәşdirir. Ancaq Avropa miqrantları qәbul etmәkdә dözümsüzlük göstәrir. Bu, bir daha sübut edir ki, Azәrbaycan dövlәtinin bu istiqamәtdә apardığı işlәr Avropa üçün nümunәdir. Azәrbaycan miqrasiya idarәçiliyi sahәsindә uğurlu tәcrübәsini bütün ölkәlәrlә bölüşmәyә hazırdır. Mәlumat verilib ki, bu il dekabrın 8-dә Cenevrәdә “Azәrbaycanın Dövlәt Miqrasiya Xidmәti (DMX) vә Beynәlxalq Miqrasiya Tәşkilatı arasında Azәrbaycandan miqrantların könüllü qayıdışına yardım üzrә pilot layihәnin hәyata keçirilmәsinә dair әmәkdaşlıq Sazişi” imzalanıb. Miqrantların hüquqlarının qorunmasına xidmәt edәn bu saziş Azәrbaycanın miqrasiya siyasәti istiqamәtindәki növbәti uğurudur. Qeyd edilib ki, Azәrbaycanda miqrantların hüquqlarının qorunması istiqamәtindә DMX-dә Vahid Miqrasiya Mәlumat Sistemi fәaliyyәt göstәrir. Burada miqrantlar haqqında mәlumat toplanır vә sistem vasitәsilә onlar nәzarәtdә saxlanılır. Sistem vasitәsilә miqrasiya proseslәrini tәnzimlәmәk sadәlәşdirilib. Tәdbirdә müharibә nәticәsindә Suriyadan Livana köçmәk mәcburiyyәtindә qalan gәnc qızların hәyat hekayәsinә dair videoçarx tәqdim edilib. Çıxışlardan sonra miqrantlar Azәrbaycandakı öz hәyat tәcrübәlәri ilә bağlı fikirlәrini bölüşüblәr.