newsPhoto

“Azərbaycanda multikulturalizm və tolerantlıq: əcnəbilər üçün yardılmış şərait” mövzusunda tədbirlər təşkil edilib

 

Dövlət Miqrasiya Xidmətinin Lənkəran regional miqrasiya idarəsinin Astara Pedaqoji Kollecində, həmçinin Masallı Dövlət Regional Kollecində eyni mövzuda təşkil etdiyi tədbirlərdə əvvəlcə Xidmətin fəaliyyət istiqamətləri barədə məlumat verilib.

Sonra mövzuya dair mərzuə təqdim olunub. Bildirilib ki, əsrlər boyu Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınııb. Dünyada baş verənlərə rəğmən Azərbaycan mədəniyyətlərarası dialoqu gücləndirməyə öz töhfəsini verməkdə davam edir. Ümumiyyətlə müxtəlif xalqların, millətlərin, dinlərin xüsusiyyətlərinə dözümlü münasibət azərbaycanlıların mentalitetinə xasdır. Məhz Azərbaycan Prezidentinin imzaladığı Sərəncama əsasən 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi dövlətimizin nə qədər tolerant, dözümlülük prinsipləri əsasında idarə edildiyinin əyani nümunəsidir. Vurğulanıb ki, Prezident İlham Əliyevin "Ölkəmizdə multikulturalizm artıq alternativi olmayan həyat tərzinə çevrilib" fikri multikulturalizmin mahiyyət etibarilə Azərbaycanda, eləcə də multikulturalizmi gələcəkdə bəşəriyyətin inkişafının yeganə yolu hesab etməsi, bu anlayışın beynəlxalq əhəmiyyətini dərk etmək baxımından bütün məqamlara geniş spektrdə işıq salır.

Son illər  ölkəmizə gələn əcnəbilərin sayında ciddi artım müşahidə olunur. Vaxtilə istirahət üçün Avropaya gedənlər artıq turist kimi Azərbaycana gəlməyi üstün tuturlar. Çünki Azərbaycan sabit və tolerant ölkədir.

Tədbirlərdə Azərbaycan dövlətinin müxtəlif mədəniyyətlərin inkişafını dəstəkləməklə yanaşı, mədəni qrupların sosiallaşmasına geniş imkanlar açdığına toxunulub. Müasir dünyanın milli-dini zəmində toqquşmalar, məzhəb savaşları, dövlətlərarası etimadsızlıq halları ilə üz-üzə qaldığı bir vaxtda Azərbaycandakı milli həmrəylik və xalqlar arasındakı dostluğun qürurverici olduğunu deyən məruzəçi, diqqətə çatdırıb ki, 2007-ci ildə dünyada miqrasiya ilə bağlı indiki kimi gərgin bir vəziyyətin olmadığı bir vaxtda Prezident İlham Əliyev gələcək inkişaf proseselərini qabaqcadan proqnozlaşdıraraq Dövlət Miqrasiya Xidmətini yaratdı ki, Azərbaycanda olan miqrantlar özlərini rahat şəraitdə hiss etsinlər. Dövlət başçısının Xidmətin qarşısında qoyduğu vəzifələrin icrası istiqamətində gördüyü işlərə ətraflı nəzər salınan görüşlərdə, Xidmətin aparatının, eləcə də 8 regional miqrasiya idarəsinin fəaliyyətini həyata keçirməsi üçün tam şəraitin yaradıldığı bildirilib. Bakı şəhərində və Yevlaxda fəaliyyət göstərən qanunsuz miqrantların saxlanılması mərkəzlərinin fəaliyyəti, həmin mərkəzlərdə yerləşdirilən şəxslər üçün yaradılmış şəraitdən söhbət açılıb.

Həmçinin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, eləcə də ölkə ictimaiyyətinin ətraflı məlumat almaları üçün Xidmətin tamamilə yenilənmiş, həm funksionallıq, həm dizayn baxımından müasirləşdirilmiş, zamanın tələbinə uyğunlaşdırılmış rəsmi internet səhifəsinin (www.miqration.gov.az), o cümlədən 3 dildə - Azərbaycan, ingilis və rus dillərində fəaliyyət göstərən (012) 919 - Çağrı Mərkəzinin fəaliyyəti istifadəçilər tərəfindən rəğbətlə qarşılanır. Bundan əlavə Dövlət Miqrasiya Xidmətinin  üç dildə, rüblük  “Miqrasiya” analitik-informasiya jurnalı nəşr olunur.

Dövlət Miqrasiya Xidməti tərəfindən regonlarda təşkil olunan görüşlər və tədbirdə səsləndirilən məlumatlar hər iki kollecin müəllim və tələbələri tərəfindən maraqla qarşılanıb.

Sonda suallar cavablandırılıb.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur