newsPhoto

Dövlət Miqrasiya Xidmətində Ulu Öndərin xatirəsi anılıb

Dövlət Miqrasiya Xidmətində xalqımızın Ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.

Əvvəlcə  Ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən məruzə təqdim edilib. Ümummilli lider Heydər Əliyevin xalqımızın tarixində və taleyüklü məsələlərin həllində müstəsna xidmətlərindən söz açılıb. Bildirilib ki, dünya miqyaslı siyasətçi Heydər Əliyev xalqımızın yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi yaşayır. Ümummilli Lider nadir və fenomenal intellektə və yaddaşa malik idi. Ulu Öndər siyasi uzaqgörənliyi, müdrikliyi və qətiyyəti ilə Azərbaycanı nüfuzlu bir dövlətə çevirib. Heydər Əliyevin uzaqgörən daxili və xarici siyasəti nəticəsində ölkəmizin nüfuzu artıb, hərtərəfli inkişaf əldə edilib və müstəqilliyimiz əbədi və dönməz olub.

Qeyd olunub ki,1993-cü ildə xalqın təkidli tələbi ilə siasi hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyev dünyanın aparıcı dövlətlərinin, beynəlxalq təşkilatların diqqətini respublikamıza çəkə bilib və ölkəmizin xarici siyasətində böyük dönüş yaradıb. Ulu Öndər hakimiyyətə qayıtdıqdan sonra onun balanslaşdırılmış xarici siyasəti sayəsində ölkəmiz bir sıra nüfuzlu beynəlxalq təşkilatlara üzv olub. Ümummilli Liderin apardığı uğurlu neft strategiyası, siyasi və iqtisadi islahatlar nəticəsində Bakıda “Əsrin müqaviləsi” imzalanıb. Diqqətə çatdırılıb ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi neft və qaz kəmərləri Ulu Öndərin uğurlu siyasətinin bəhrələridir.

Mərasimdə xalqımızın xilaskarı, müasir Azərbaycan dövlətinin memarı Heydər Əliyevin demokratiya və müstəqillik yolunda atdığı uğurlu addımlara da toxunulub. Qeyd edilib ki, bu gün Heydər Əliyevin layiqli siyasi varisi Prezident İlham Əliyev Ulu Öndərin siyasi kursunu uğurla davam etdirir. Bu siyasi kurs dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, ölkəmizin beynəlxalq imicinin yüksəldilməsi, sosial-iqtisadi tərəqqiyə nail olunması kimi ağır və taleyüklü məsələlərdə sınaqdan çıxıb.

Prezident İlham Əliyev müxtəlif sahələrdə apardığı uğurlu islahatlar, əldə olunan nəticələrlə xalqın sabaha olan inamını artırıb, Azərbaycanın etibarlı əllərdə olduğuna möhkəm əminlik yaradıb.

Daha sonra tədbir iştirakçıları Ümummilli Liderin həyat və siyasi fəaliyyətindən bəhs edən sənədli filmə baxıblar.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur