newsPhoto

Ümumdünya Uşaq Hüquqları günü münasibətilə Dövlət Miqrasiya Xidmətində tədbir keçirilib

1989-cu il noyabrın 20-də BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasının qəbul edildiyi gün münasibətilə təsis edilmiş bayramla əlaqədar ölkəmizdə elan olunmuş uşaq hüquqları aylığı çərçivəsində Azərbaycan Respublikasında qaçqın statusu almış ailələrdə böyüyən uşaqların və valideyinlərinin iştirakı ilə Dövlət Miqrasiya Xidmətində tədbir keçirilib. Xidmətin Bakı şəhər Qanunsuz Miqrantların Saxlanılması Mərkəzində təşkil edilmiş tədbirin iştirakçıları əvvəlcə Mərkəzdə yaradılmış şəraitlə tanış olublar. Yaşayış otaqları, kitabxana, ibadət otağı, Mərkəzdə saxlanılan və ehtiyacı olan şəxslərə əvəzis olaraq verilən geyim- əşya otağı ilə tanışlıqdan sonra, uşaq istirahət guşəsinə baş çəkən görüş iştirakçıları üçün bura xüsusilə maraqlı olub.

Sonra görüş dəyirmi masa ətarfında davam etdirilib. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın əhəmiyyətindən,  BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasının müddəalarını özündə əks etdirən və 1999-cu ildə  qəbul edilmiş “Azərbaycan Respublikasının uşaq hüquqları haqqında” Qanunun mütərəqqiliyindən bəhs olunub. Bütün bunlar Azərbaycan dövlətinin uşaq hüquqları mövzusuna verdiyi önəmin bariz nümunəsi kimi qiymətləndirilib. Qaçqın statusu almış əcnəbi ailələrdə böyüyüən uşaqların hüquqları ilə bağlı məsələnin də Dövlət Miqrasiya Xidməti tərəfindən daim diqqət mərkəzində saxlanıldığı konkret faktlarla diqqətə çatdırılıb.

Görüşün davamı Mərkəzin yeməkxanasında hazırlanmış bayram süfrəsi arxasında olub.

Tədbir iştirakçısı olan uşaqlar və onların valideyinləri bu diqqətə, uşaqlarının əmin-amanlığının, sevincinin təmin olunmasına yönəldilmiş fəaliyyətin möhkəmləndirilməsinə xidmət edən belə tədbirlərin təşkilinə görə Azərbaycan dövlətinə minnətdarlıq ifadə ediblər.

Sonda uşaqlara hədiyyələr verilib.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur