Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Dövlət Miqrasiya Xidmətində Azərbaycan və Moldova nümayəndə heyətlərinin ikitərəfli görüşü keçirilib

Görüşün məqsədi “Azərbaycan Respublikası Hökuməti ilə Moldova Respublikası Hökuməti arasında readmissiya haqqında Saziş” layihəsi üzrə ikitərəfli danışıqların ikinci mərhələsinin keçirilməsi olmuşdur. 

Xidmət rəisinin müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Pərviz Musayev sözügedən layihənin imzalanmasının hökumətlər arasında readmissiya sahəsində əməkdaşlığı gücləndirməklə yanaşı qeyri-qanuni miqrasiya ilə daha səmərəli mübarizəni təmin edəcəyini bildirib.

Moldova Respublikası Daxili İşlər nazirinin müavini Oleq Babin adıçəkilən layihənin əhəmiyyətindən bəhs edib və danışıqların  yekunlaşdırlmasında maraqlı olduqlarını deyib.

Məlumat üçün bildirək ki, Moldova Respublikasının nümayəndə heyətinin tərkibində Moldovanın ölkəmizdəki fövqəladə və səlahiyyəti səfiri  George Leuka,  Moldova Respublikası Daxili İşlər Nazirliyinin miqrasiya və qaçqınlar üzrə bürosunun direktoru Olqa Poalelunj,  Beynəlxalq əlaqələr və  Avropaya inteqrasiya Baş İdarəsinin rəisi Kristina Lesnik və Xarici İşlər və Avropaya İnteqrasiya  Nazirliyinin beynəlxalq hüquq baş idarəsinin məsləhətçisi İon Bularqa iştirak ediblər. 

Azərbaycan Respublikasının nümayəndə heyətini Dövlət Miqrasiya Xidmətinin, Daxili İşlər Nazirliyinin, Xarici İşlər Nazirliyinin, Ədliyyə Nazirliyinin, Dövlət Təhlükəsizlik Xidmətinin və Dövlət Sərhəd Xidmətinin səlahiyyətli əməkdaşları təmsil edib.

Görüş zamanı Saziş layihəsinin müvafiq maddələri üzrə ikitərəfli müzakirələr aparılıb.

Görüşün sonunda adıçəkilən Saziş üzrə ikitərəfli danışıqların ikinci mərhələsinin  protokolu tərtib edilərək nümayəndə heyətlərinin rəhbərləri tərəfindən imzalanıb.

 

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti