newsPhoto

Azәrbaycan Respublikasının dövlәt müstәqilliyinin bәrpasının 25-­ci ildönümü Dövlət Miqrasiya Xidmətində qeyd edilib

Azәrbaycan Respublikasının dövlәt müstәqilliyinin bәrpasının 25­-ci ildönümü münasibәtilә Dövlət Miqrasiya Xidmətində tədbir keçirilib.

Tәdbirdә Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vəli Nağıyev Azәrbaycan Respublikasının dövlәt müstәqilliyinin bәrpasının 25-­ci ildönümü ilә bağlı mәruzә ilә çıxış edib.

Qeyd edilib ki, 1991­-ci ildәn etibarәn müstәqillik yollarında ilk addımlarını atan Azәrbaycan keçirdiyi dәrin siyasi, iqtisadi vә sosial böhranla yanaşı, Ermәnistanın hәrbi tәcavüzünә, soyqırımı vә etnik tәmizlәmә siyasәtinə məruz qalmışdı. Yalnız ümummilli lider Heydәr Әliyevin 1993-­cü ildә siyasi hakimiyyәtә qayıdışı vә Ulu öndərin yürütdüyü müdrik siyasәt nәticәsindә ölkәdə separatçılıq meyillәrinә vә vәtәndaş müharibәsi tәhlükәsinә son qoyuldu, dövlәtlә xalqın birliyi tәmin edildi. Xalqımız azәrbaycançılıq mәfkurәsi әtrafında sıx birlәşәrәk beynәlxalq hüququn subyektinә çevrilmәk vә demokratik, hüquqi, dünyәvi dövlәt qurmaq imkanı әldә etdi. 1993-2003-cü illərdə Azərbaycanın inkişafının möhkəm əsasları qoyuldu.

Bildirilib ki, bu gün vәtәndaşların әsas hüquq vә azadlıqlarının tәmin edilmәsi, mövcud sabitlik, iqtisadi inkişaf, sosial tərəqqi, mədəni yüksəliş ölkәdә müstәqillik illәrindә tәşәkkül tapmış demokratik ab-­havanın göstәricilәrindәndir. Beynәlxalq tәşkilatlarının yüksәk qiymәtlәndirdiyi iqtisadi nailiyyətlərə ölkəmiz Ermәnistan-­Azәrbaycan, Dağlıq Qarabağ münaqişәsinin ağır fәsadları şәraitindә nail olub.

Diqqətə çatdırılıb ki, təkcə 2003-2016-cı illərdə iqtisadi və sosial sahələrdə böyük uğurlar əldə olunub, ölkə iqtisadiyyatı üç dəfədən çox artıb, yoxsulluq səviyyəsi 10 dəfə azalaraq 5 faizə enib. Azərbaycanda, eyni zamanda, regionların inkişafına dair Dövlət proqramları icra edilir. Bu müddətdə 1 milyon 300 mindən çox iş yeri açılıb, müasir infrastruktur layihələri həyata keçirilib. Son illərdə maaşlar, pensiyalar dəfələrlə artırılıb. Üç mindən çox məktəb, 600-dən çox tibb ocağı, 40-dan çox idman Olimpiya mərkəzi inşa olunub və ya əsaslı şəkildə təmir edilib.

Ölkəmizin dünyanın 155 dövlətinin dəstəyini qazanaraq 2011-2013-cü illər üzrə BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi beynəlxalq münasibətlər sistemində Azərbaycana olan hörmət və etimadın əyani təsdiqi kimi qeyd olunub.

Vurğulanıb ki, dövlət müstəqilliyimizin 25-ci ildönümünü böyük iftixar hissi ilə qeyd edir, ölkəmiz ilə qürur duyuruq. Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan nailiyyətlər qətiyyətlə deməyə əsas verir ki, Azərbaycanın müstəqilliyi əbədi, sarsılmaz və dönməzdir.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur