Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Dövlət Miqrasiya Xidmətində tədris kursları fəaliyyətə başlayıb

Miqrasiya Məcəlləsinin 77-ci maddəsinin 5-ci bəndinə əsasən Azərbaycan Respublikasında yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan dilinin, tarixinin, mədəniyyətinin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri ilə bağlı qanunvericiliyin öyrənilməsi üçün müvafiq icra hakimiyyətinin təlim-tədris mərkəzinə müraciət edə bilərlər.

“Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Qanununun tətbiqi barədə Azərbaycan Respublikasi Prezidentinin Fərmanı ilə Azərbaycan dilinin, tarixinin, mədəniyyətinin, əcnəbilərin hüquq və vəzifələri ilə bağlı qanunvericiliyin öyrənilməsi üzrə təlim-tədris işini təşkil etmək Dövlət Miqrasiya Xidmətinə həvalə edilib.

“2016-cı il üzrə Dövlət Miqrasiya Xidmətinin Perspektiv İş Planı”nda Azərbaycan Respublikasında daimi yaşamaq icazəsi almaq istəyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müvafiq kursların yaradılması və təlimlərin təşkili nəzərdə tutulmuşdur.

Oktyabrın 4-dən kurslar fəaliyyətə başlayıb.

Kurslar 2 ay müddətində həftədə 5 gün olmaqla keçirilir.

Kurs iştirakçılarına Azərbaycan dili, Azərbaycan tarixi, mədəniyyəti, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri ilə bağlı qanunvericiliyin tələbləri tədris olunur.

İlk kurs iştirakçılarının sayı 6 nəfərdir. 2 nəfər Rusiya, 1 nəfər Hindistan, 1 nəfər Pakistan, 1 nəfər Qazaxıstan və 1 nəfər Gürcüstan vətəndaşlarıdır.

Kurslar ödənişsizdir.

 

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti