newsPhoto

12 oktyabr 2016-cı il tarixdə Bakıda Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı dövlətlərin Miqrasiya Orqanları Rəhbərləri Şurasının (MORŞ) 19-cu iclası keçiriləcək

Müstəqil Dövlətlər Birliyi iştirakçı dövlətlərin Miqrasiya Orqanları Rəhbərləri Şurasının 12 oktyabr 2016-cı il tarixdə Bakı şəhərində keçiriləcək 19-cu iclasının gündəliyinə 18 məsələ daxil edilib.

Belə ki, iclasda

1. MDB iştirakçı dövlətlərdə miqrasiyanın vəziyyəti haqqında

2. “MDB iştirakçı dövlətlərin 2015-2019-cu illər üçün qanunsuz miqrasiyaya qarşı mübarizə üzrə əməkdaşlıq Proqramı”nın 2015-ci ildə icrası haqqında

3. MDB iştirakçı dövlətlərin vətəndaşlarının etibarsız sənədlərinin ümumi məlumat bazasının yaradılması məsələsi ilə bağlı işçi qrupun iclasının nəticələrinə və qeyd edilən məlumat bazasının Əsasnaməsinin işlənilməsi haqqında

4. Vətəndaşsızlıq hallarının azaldılmasında Azərbaycan Respublikasının təcrübəsi haqqında

5. MDB iştirakçı dövlətlərin ərazilərinə fövqəladə qayadada kütləvi axın edən şəxslərin qəbulu təcrübəsi haqqında

6. Miqrasiya sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlığın vəziyyəti haqqında 

7. Belarus Respublikası miqrasiya orqanlarının ölkədə yaşamanın leqallaşdırılması-nın bir üsulu kimi əcnəbi və vətəndaşlığı olmayan şəxslərin saxta nikahlarının aşkarlanması təcrübəsi haqqında

8. MDB iştirakçı dövlətlərdə əmək fəaliyyətinin həyata keçirilməsi üçün əməkçi miqrantların mütəşəkkil qaydada cəlb olunmasının ümumi prinsip və mexanizmlərin realizasiyasına dair ikitərəfli sazişlərin hazırlanmasının gedişi haqqında

9. Aşkar edilmiş qanunsuz miqrasiya kanalları haqqında

10. MDB iştirakçı dövlətlərin miqrasiya sahəsində üçüncü ökələrlə bağladığı beynəlxalq sazişlərə haqqında

11.  Pasportların, giriş vizaların, MDB iştirakçı dövlətlərin ərazisinə giriş-çıxış və ölkədə olma zamanı istifadə edilən digər sənədlərin texniki və digər mühafizəsi üsullarının təkmilləşdirilməsi təcrübəsi haqqında

12. MDB iştirakçı dövlətləri vətəndaşlarının qarşılıqlı səfərlərin həyata keçirilməsi üçün əlverişli şəraitin yaradılmasına dair təcrübə

13. MDB iştirakçı dövlətlərin ərazisinə daxil olan üçüncü ölkə vətəndaşlarının və vətəndaşlığı olmayan şəxslərinin vahid uçot sisteminin yaradılması işinin gedişi haqqında

14. MDB üzv dövlətlərinin miqrasiya sahəsində əməkdaşlığa dair hüquqi aktlarının inventarlaşdırılması haqqında

15. MDB iştirakçı dövlətlərin Miqrasiya Orqanları Rəhbərləri Şurasının 2017-ci ilin iş planı haqqında

16. Miqrasiya Orqanları Rəhbərləri Şurasının 2017-2018-ci illər üçün iclaslarının keçirilmə cədvəli haqqında

17. MDB iştirakçı dövlətlərin Miqrasiya Orqanları Rəhbərləri Şurasında 2017-ci ildə sədrliyi  haqqında

18. MDB iştirakçı dövlətlərin Miqrasiya Orqanları Rəhbərləri Şurasının növbəti iclasının gündəliyi, keçirilmə tarixi və yeri haqqında mövzular müzakirə olunacaq.

İclasda iştirak etmək məqsədilə MDB İcraiyyə Komitəsinin sədri - İcraçı katib Sergey Nikolayeviç Lebedevin,  Rusiya Federasiyası Daxili işlər nazirinin birinci müavini Aleksandr Vladimiroviç Qorovoyun, Tacikistan Respublikasının Əmək, miqrasiya və əhalinin məşğulluğu naziri Sumanqul Said Taqoyzodanın,  Belarus Respublikasının Daxili işlər nazirinin müavini Nikolay Aleksandroviç Melçenkonun, Türkmənistan Respublikasının Dövlət Miqrasiya Xidməti rəisinin müavini Mered Meredovun, Qazaxıstan Respublikasının Səhiyyə və Sosial İnkişaf Nazirliyinin Əmək, Sosial Müdafiə və Miqrasiya Komitəsi sədrinin müavini Aslan Jumaqaliyeviç Karjaubayevin, Qırğız Respublikasının Miqrasiya üzrə Dövlət Xidmətinin Hüquqi təminat və beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Çingiz Abdusataroviç Sarıbeyovun rəhbərlik etdikləri nümayəndə heyətlərinin ölkəmizə rəsmi səfərləri nəzərdə tutulub.

Eyni zamanda, MDB Parlamentlərarası Assambleyası, Ümum Həmkarlar İttifaqları Konfederasiyası, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı və Beynəlxalq Miqrasiya Təşkilatından da nümayəndələrin qeyd edilən tədbirdə iştirak etmələri planlaşdırılıb.

MDB üzv ölkələrinin Miqrasiya Orqanları Rəhbərlərinin Şurası MDB Dövlət Başçıları Şurasının 5 oktyabr 2007-ci il tarixli Qərarı əsasında yaradılıb. MORŞ-un tərkibinə - Azərbaycan, Belarus, Qazaxıstan, Qırğız, Tacikistan, Özbəkistan, Ermənistan Respublikaları və Rusiya Federasiyasının miqrasiya məsələlərinə məsul orqanlarının rəhbərləri daxildir.

Azərbaycan Respublikasını Şurada Dövlət Miqrasiya Xidməti təmsil edir. Şura çərçivəsində ildə iki dəfə görüşlər keçirilir. Şuranın iclaslarında əsasən üzv dövlətlərdə miqrasiyanın vəziyyəti, MDB iştirakçı dövlətlərinin Dövlət Başçıları Şurasının, Hö­ku­mət­ Başçıları Şurasının və Miqrasiya Orqanları Rəhbərləri Şurasının qərarlarının ic­­rası və miqrasiya proseslərinin tən­zim­lən­mə­si­nin ­pri­ori­tet ­is­ti­qa­mət­ləri müzakirə olunur. Bununla yanaşı mütəmadi olaraq, qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində üzv ölkələrdə tətbiq olunan yeni metodlar, mövcud qabaqcıl təcrübələr, həmçinin qanunvericilik bazası barədə geniş məlumat mübadiləsi aparılır və qərarlar qəbul edilir.

Xatırladaq ki, Şuranın 8-ci iclası 2010-cu il sentyabrın 28-dən 30-dək Bakı şəhərində keçirilmişdir.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur