newsPhoto

Azәrbaycan Respublikasının vәtәndaşlığına qәbul edilmiş şәxslәr and içiblәr

Azәrbaycan Respublikasının vәtәndaşlığına qәbul edilmiş şәxslәrin sentyabrın 14-də Dövlәt Miqrasiya Xidmәtindә tәntәnәli andiçmә mәrasimi keçirilib.

Azәrbaycan Prezidentinin Sәrәncamları ilə vәtәndaşlığa qәbul edilәn şәxslәrin andiçmә mәrasimindә bildirilib ki, әsası ulu öndәr Heydәr Әliyev tәrәfindәn qoyulmuş inkişaf strategiyasına uyğun olaraq iqtisadi tərəqqi və demokratikləşmə xəttini milli inkişafın dəyişməz formulu kimi önə çəkən Prezident İlham Əliyev respublikamızın qlobal siyasi arenada müsbət imiclə tanınmasını, regional və beynəlxalq iqtisadi əməkdaşlıq mərkəzinə çevrilməsini təmin edib. Azәrbaycanda son illәrdә hәyata keçirilәn islahatlar nәticәsindә әldә edilәn uğurlardan, beynәlxalq birliyin bәrabәrhüquqlu subyekti kimi sabitliyin yüksәk sәviyyәdә tәmin edildiyi, multikultural dәyәrlәrin hakim olduğu, tolerantlıq nümunәsi sayılan respublikamızın dünyanın siyasi, iqtisadi vә mәdәni mühitinә verdiyi töhfәlәrdәn danışılıb.

Ermәnistanın Azәrbaycana tәcavüzü nәticәsindә ötәn әsrin 80­-ci illәrinin sonu 90-­cı illәrinin әvvәllәrindә bir milyondan çox soydaşımızın mәcburi miqranta çevrildiyi, gәnc müstәqil ölkәmizin bu böyük yükün öhdәsindәn tәkbaşına gәldiyi, hәmin şәxslәrin sosial, mәnzil, mәişәt şәraitlәrinin yaxşılaşdırılması istiqamәtindә fundamental tәdbirlәr görüldüyü konkret faktlarla diqqәtә çatdırılıb.

Bildirilib ki, ötən dövr ərzində Prezident İlham Əliyev tərəfindən digər sahələrdə olduğu kimi miqrasiya sahəsində bir sıra ciddi addımlar atılıb, miqrasiya idarəetmə mexanizminin təkmilləşdirilməsi, miqrasiya proseslərinin idarəolunması və tənzimlənməsi məqsədilə həm qanunvericilik, həm də onun tətbiqi sahəsində əsaslı tədbirlər həyata keçirilib. Mәhz bu amillәr Azәrbaycanda yaşamaq, işlәmәk, tәhsil almaq, xüsusilә respublikamızın vәtәndaşı olmaq istәyәnlәrin sayının ildәn-­ilә artmasına, hәmçinin vaxtilә respublikanı tәrk edib, digәr dövlәtlәrә getmiş Azәrbaycan vәtәndaşlarının da geri qayıtması meyillәrinә müsbәt tәsir edib. 

Qeyd olunub ki, Azәrbaycan Prezidentinin 2008­-ci il 6 mart tarixli Fәrmanına müvafiq olaraq, Dövlәt Miqrasiya Xidmәtinin vәtәndaşlıq mәsәlәlәrindә iştirakı tәmin edilib. Həmçinin Azərbaycan Respublikası Prezdentinin 2015-ci il 11 fevral tarixli Fərmanına əsasən şəxsin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətini müəyyənləşdirmək də bilavasitə DMX-nin vəzifəsi kimi müəyyən olunub. 

Görüşdә vәtәndaşsızlıq hallarının aradan qaldırılması ilә bağlı ölkәmizdә görülmüş işlәrә dә nәzәr salınıb. Azәrbaycan Prezidentinin müvafiq sәrәncamları ilә 2008­-ci ildәn indiyәdәk 1682 nәfәrin Azәrbaycan vәtәndaşlığına qәbul  və bərpa edildiyi bildirilib. Bununla belә, bu müddәt әrzindә 61 min 473 şәxsin Azәrbaycan Respublikası vәtәndaşlığına mәnsubiyyәti tanınıb vә onlar müvafiq dövlәt qurumu tәrәfindәn Azәrbaycan Respublikası vәtәndaşının şәxsiyyәtini tәsdiq edәn sәnәdlәrlә tәmin edilib.

Sonra vәtәndaşlığa qәbul edilmiş 45 şәxs dövlәt bayrağı önündә Azәrbaycan Respublikasının Konstitusiyasına әl basaraq Azәrbaycan Respublikasına sadiq olacaqları barәdә tәntәnәli surәtdә and içiblәr.

Andiçmә “Azәrbaycan Respublikasının vәtәndaşlığı haqqında Qanun”a 2014­-cü il 30 dekabr tarixdә әlavә edilmiş yeni mәzmunda 15-­1­-ci maddәyә әsasәn keçirilir.

And içәn Azәrbaycan Respublikasının vәtәndaşı andın mәtnini imzalayır vә bu sәnәd Dövlәt Miqrasiya Xidmәtindә saxlanılır.

Tәdbir dövlәt himninin ifası ilә yekunlaşıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur