newsPhoto

Cəlilabad və Biləsuvarda maarifləndirmə tədbirləri keçirilib  

Miqrasiya sahəsindəki yeniliklərlə, qanunvericilikdəki dəyişikliklərlə bağlı təşkil olunmuş maarifləndirmə tədbirlərində Lənkəran regional miqrasiya idarəsinin və  Xidmətin aparatının səlahiyyətli nümayəndələri çıxış ediblər.

Görüşlərdə 2009-cu il iyulun 1-dən miqrasiya proseslərinin idarəolunmasında «bir pəncərə» prinsipi üzrə vahid dövlət orqanının səlahiyyətlərini həyata keçirən Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətləri haqqında məlumat verilib.

Qeyd olunub ki, Prezident  İlham Əliyev tərəfindən digər sahələrdə olduğu kimi miqrasiya sahəsində də miqrasiya idarəetmə mexanizminin təkmilləşdirilməsi, miqrasiya proseslərinin idarəolunması və tənzimlənməsi məqsədilə həm qanunvericilik, həm də onun tətbiqi ilə bağlı əsaslı tədbirlər həyata keçirilir.

Dövlət Miqrasiya Xidmətinə həvalə edilmiş vəzifələrin icrası isə müvəffəqiyyətlə davam etdirilir.

Qurum respublıkamızda vətəndaşlığı olmayan şəxslərin leqallaşdırılması, həmçinin vətəndaşsızlıq halları ilə mübarizə sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı konvensiyaların tələbləri istiqamətində konkret nəticələr əldə edib. Belə ki, Azәrbaycan Prezidentinin müvafiq sәrәncamları ilә 2008­-ci ildәn indiyәdәk 1682 nәfәr Azәrbaycan vәtәndaşlığına qәbul  və bərpa edilib. Bununla belә, bu müddәt әrzindә 61 min 473 şәxsin Azәrbaycan Respublikası vәtәndaşlığına mәnsubiyyәti tanınıb vә onlar müvafiq dövlәt qurumu tәrәfindәn Azәrbaycan Respublikası vәtәndaşının şәxsiyyәtini tәsdiq edәn sәnәdlәrlә tәmin olunub.

Bildirilib ki, hazırda Azərbaycan Respublikası ərazisində qeyri qanuni yaşayan və hüquqi statusu məlum olmayan şəxslərin aşkarlanması və sənədləşdirilməsi istiqamətində DMX tərəfindən tədbirlər davam etdirilir.

Diqqətə çatdırılıb ki, tәnzimlәnmәyәn miqrasiya proseslәrinin mәnfi tәsirinin qarşısının alınması çox ciddi məsələdir. Çünki, miqrasiya siyasəti ölkənin təhlükəsizliyinə birbaşa təsir edən amillərdəndir. Bu istiqamətdə də Dövlət Miqrasiya Xidməti tərəfindən insan vә vәtәndaş hüquq vә azadlıqlarına hörmәt, qanunçuluq vә humanizm prinsiplәri әsas götürülmәklə lazımı tədbirlər uğurla həyat keçirilir.

Misal olaraq göstərilib ki, təkcə bu ilin avqust ayında Dövlət Miqrasiya Xidmətinə olduğu yer üzrə qeydiyyatla bağlı 95 min 985 əcnəbinin müraciəti daxil olub. Eləcə də 3478 əcnəbi tərəfindən Azərbaycanda olma, habelə müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilib. Onlardan 22-nin respublika ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün əsas verən sənədləri itirildiyindən yenisi ilə əvəz olunub. 255 nəfərin ölkə ərazisində yaşamaları leqallaşdırılıb. 2373 əcnəbinin Azərbaycan Respublikası ərazisini 48 saat ərzində tərk etmələri, 828 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaları barədə qərarlar qəbul edilib.

Ölkədə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı ilə bağlı müraciət qaydaları, xarici vətəndaşın qeydiyyata düşdüyü ünvanda yaşamadığına görə yaranan inzibati məsuliyyət bir daha izah olunub.

Təhsil ocaqları, bələdiyyə və rayonun şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələrinin nəzərlərinə çatdırılıb ki, ölkədə müvəqqəti və ya daimi yaşamaq üçün əsas verən sənədləri olmayan əcnəbi şagirdlərin müvafiq sənədləşmə işləri ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciətlərinin təşkili üçün köməklik göstərsinlər.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur