newsPhoto

Dövlət Miqrasiya Xidməti Ağsu və Kürdəmir rayonlarında maarifləndirmə tədbirləri keçirib

Aidiyyəti dövlət qurumlarının, yerli icra hakimiyyəti orqanları və bələdiyyələrin, ictimaiyyət nümayəndələrinin, təhsil və səhiyyə işçilərinin iştirakı ilə Ağsu regional miqrasiya idarəsinin təşkil etdiyi tədbirlərdə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkəmizdə müvəqqəti olma, yaşama, daimi yaşama, iş icazələrinin verilməsi və müddətlərinin uzadılması üçün prosedurlar, qanunvericiliyin pozulmasına görə məsuliyyət şərh olunub. Regional idarənin və Xidmətin Vətəndaşlıq məsələləri baş idarəsinin məsul əməkdaşları dünyada baş verən miqrasiya prosesləri və Azərbaycan dövlətinin miqrasiya siyasəti, respublikamızda vətəndaşsızlıq hallarının aradan qaldırılması istiqamətində görülən işlər haqqında ətraflı məlumat veriblər.

Görüşdə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə yaradılmış şəraitdən söhbət açılıb. Respublikamızda təhlükəsizliyin, sabitliyin yüksək səviyyədə qorunmasına, iqtisadi sahədə uğurlu islahatlara, əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində genişmiqyaslı layihələrin davam etdirilməsinə, tolerantlığın dünya üçün nümunə olduğuna diqqət çəkilib. Bütün bu məqamların Azərbaycanı əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün cəlbedici etdiyi qeyd olunub. Ölkəmizdə miqrasiya sahəsində vaxtında həm mükəmməl qanunvericilik bazasının yaradıldığı, həm də dövlət başçısının diqqət və qayğısı nəticəsində DMX aparatının və 8 regional miqrasiya idarəsinin, Bakı şəhərində və Yevlaxda  müasir standartlara cavab verən Qanunsuz miqrantların saxlanılması mərkəzlərinin tam gücü ilə fəaliyyət göstərməsinin təmin olunduğu vurğulanıb. İnformasiya-kommunikasiya texnologiyalarının yaratdığı imkanlar sayəsində DMX tərəfindən 11 xidmət növü üzrə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müraciətlərinin artıq həm də elektron qaydada qəbul edildiyi bildirilib.

Vətəndaşsızlıq hallarının aradan qaldırılmısı istiqamətində Xidmətin görüdüyü işlər, regionlarda keçirilən çoxsaylı görüşlərlə bağlı məlumatlar iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Bildirilib ki, Azər­bay­can Res­pub­li­ka­sı­ vətəndaşsızlıq hallarının aradan qaldırılması məqsədi ilə BMT-nin Qaç­qın­lar üz­rə Ali Komis­sar­lı­ğı­nın “10 ilə vətəndaşsızlığa son” kampaniyasına qoşulub. Ötən dövrdə bu sahədə bir çox tədbirlər görülüb və uğurlu nəticələr əldə edilib.

Məlumat verlib ki, Azər­bay­can Res­pub­li­ka­sı­nda vətəndaşsızlıq hallarının qarşısının alınması və aradan qaldırılması, o cümlədən vətəndaşsızlıq vəziyyətində olan şəxslərin sənədləşdirilməsi istiqamətində Ağsu regional miqrasiya idarəsinin xidmət ərazisinə aid olan rayonlarda, eləcə də respublikamızın əksər bölgələrində indiyə qədər yerli icra hakimiyyəti orqanları ilə birgə geniş maarifləndirmə tədbirləri keçirilib, izahedici söhbətlər aparılıb və Dövlət Miqrasiya Xidməti tərəfindən vətəndaşlığı olmayan şəxslərin sənədləşdirilməsi istiqamətində müvafiq işlər davam etdirilir.

Tədbirdə iştirak edən yerli icra strukturları nümayəndələrinin  və təhsil işçilərinin nəzərlərinə çatdırılıb ki, ölkədə müvəqqəti və ya daimi yaşamaq üçün əsas verən sənədləri olmayan əcnəbilərin müvafiq sənədləşmə işləri ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciətlərinin təşkili üçün köməklik göstərsinlər.

Sonda suallar cavablandırılıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur