Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Dövlət Miqrasiya Xidmətinin Balakəndə təşkil  etdiyi səyyar xidmətin imkanlarından 157 şəxs  istifadə edib

Dövlət Miqrasiya Xidməti Şəki regional miqrasiya idarəsinin xidmət ərazisinə aid olan  Balakən  rayonunda səyyar  xidmət təşkil  edib.

Səyyar xidmətin imkanlarından müraciət edən 157 şəxs  istifadə edib. Onlardan  26 nəfərindən vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması, əcnəbi və vətəndaşlığı olmayan 3 nəfərdən müvəqqəti  yaşama icazələrinin verilməsi ilə bağlı sənədlər qəbul olunub. 103 nəfərə  vətəndaşlıq mənsubiyyətinin  müəyyən olunması ilə bağlı arayış, 3  şəxsə Azərbaycan Respublikasının ərazisində  müvəqqəti  yaşamaq  üçün   icazə  vəsiqələri verilib. 22 şəxsə vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması, müvəqqəti, həmçinin daimi yaşama, o cümlədən Azərbaycan Respublikası vətəndaşlığına qəbulla bağlı müraciət etmək üçün sənədlərin siyahısı təqdim olunub.

Müraciət edənlər səyyar xidmətin təşkilindən razı qaldıqlarını bildirib və yaradılmış şəraitə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti