newsPhoto

Dövlət Miqrasiya Xidməti Zaqatala rayonunda səyyar xidmət təşkil  edib  

Dövlət Miqrasiya Xidməti respublikamızın rayonlarında maarifləndirmə və səyyar xidmətlərin təşkili istiqamətində tədbirlərini davam etdirir.

Şəki regional miqrasiya idarəsinin xidmət ərazisinə aid olan  Zaqatalada növbəti səyyar xidmət təşkil  edilib. Səyyar xidmətin imkanlarından müraciət edən 250 şəxs istifadə edib. Onlardan 34  nəfərindən vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması, əcnəbi və ya vətəndaşlığı olmayan 8 nəfərdən müvəqqəti  yaşama icazələrinin verilməsi ilə bağlı  sənədlər qəbul olunub. 181 nəfərə  vətəndaşlıq mənsubiyyətinin  müəyyən olunması ilə bağlı arayış, 5  şəxsə Azərbaycan Respublikasının ərazisində müvəqqəti   yaşamaq, 2 nəfərə isə daimi yaşamaq üçün icazə  vəsiqələri verilib. 20 şəxsə vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması, müvəqqəti, həmçinin daimi yaşama, o cümlədən Azərbaycan Respublikası vətəndaşlığına qəbulla bağlı müraciət etmək üçün sənədlərin siyahısı təqdim olunub.

Müraciət edənlər miqrasiya xidmətlərinin göstərilməsi ilə bağlı yaradılan şəraitə və səyyar xidmətlərin təşkilinə görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur