newsPhoto

  18 iyun - İnsan Hüquqları Günü münasibətilə Dövlət Miqrasiya Xidməti bir sıra tədbirlər keçirib  

 

Prezident İlham Əliyevin Sərəncamı ilə hər il qeyd olunan 18 iyun - İnsan Hüquqları Günü münasibəti ilə mayın 18-dən iyunun 18-dək davam edən insan hüquqları aylığı çərçivəsində Dövlət Miqrasiya Xidməti rəisinin təsdiq etdiyi “Tədbirlər planı”na əsasən regional miqrasiya idarələrinin əhatə etdiyi rayonlarda insan hüquq və azadlıqlarından bəhs edən mövzularda tədbirlər keçirilib.

Dövlət Miqrasiya Xidmətinın Gəncə  regional miqrasiya idarəsinin əhatə etdiyi Göygöldə Tolerant və multikultural cəmiyyətdə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqları” mövzusunda rayon ictimaiyyətinin nümayəndələrinin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin iştirakı ilə keçirilən tədbirdə Xidmətin baş idarə rəisi, baş miqrasiya xidməti müşaviri Vahid Qəhrəmanov qeyd edib ki, Prezident İlham Əliyevin Azərbaycanda multikultural münasibətlərin inkişafı yönündə atdığı addımlar davamlı xarakter daşıyır. Cənab Prezidentin imzaladığı Sərəncama əsasən 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi dövlətimizin nə qədər tolerant, dözümlülük prinsipləri əsasında idarə edildiyini bir daha sübut edir.

Çıxışlarda vurğulanıb ki, Ulu Öndər Heydər Əliyev  Azərbaycanı milliyyətindən və dinindən asılı olmayaraq müxtəlif xalqların nümayəndələrinin doğma vətəni adlandırıb. Bu gün dünyanın bütün qitələrindən ölkəmizə təşrif buyuran hər kəs özünü Azərbaycanda çox rahat hiss edir. Dövlət Miqrasiya Xidməti də fəaliyyətində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda rahat və qanuni əsaslarla yaşamaları üçün bütün mümkün və mütərəqqi vasitələrdən istifadə edir. 

Ağsu regional miqrasiya idarəsinin xidmət ərazisi olan Qobustanda da rayon ictimaiyyəti nümayəndələrinin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qatıldığı “Vətəndaşsızlıq vəziyyətində olan şəxslərin müəyyənləşdirilməsi və leqallaşdırılması – insan hüquq və azadlıqlarının genişləndirilməsi kontekstində” mövzusunda tədbir də iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Görüşdə Xidmətin Vətəndaşlıq məslələri baş idarəsinin əməkdaşı çıxış edib. Bildirib ki, vətəndaşsızlıq halları ilə mübarizə sahəsində məlumatlılığın artırılması və bu şəxslərin hüquqi statusunun müəyyənləşdirilməsi zamanı yaranan problemlərin həlli, o cümlədən onların hüquqlarının səmərəli müdafiəsi naminə əməkdaşlığın gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası BMT-nin Qaçqınlar üzrə Ali komissarlığının “10 ilə vətəndaşsızlığa son” kampaniyasına qoşulub. Dövlət Miqrasiya Xidməti Azərbaycan Respublikasının vətəndaşsızlıq halları ilə mübarizə sahəsində ölkəmizin tərəfdar çıxdığı beynəlxalq konvensiyaların tələbləri istiqamətində ciddi işlər görməkdədir. Belə ki, vətəndaşsızlıq hallarının aradan qaldırılması, ölkəmizin müxtəlif regionlarında, o cümlədən Qobustan rayonunun Xilmilli kəndində əksəriyyəti ötən əsrin 90-cı illərindən ölkəmizə gəlmiş və müxtəlif dövlətlərin vətəndaşlıqlarına mənsub olan əcnəbilərin müəyyənləşdirilməsi ilə bağlı bir sıra tədbirlər həyata keçirilib. Onların bəzilərinin uzun illər ölkə ərazisində qanunsuz yaşamaları aşkar edilib.  Belə şəxslərin müvafiq yaşama icazələri almaları məqsədilə regionlarda lazımi izahat işləri davam etdirilir, onlara hüquqi yardımlar göstərilir. Həmçinin, keçmiş sovet pasportu ilə yaşayan və vətəndaşlıq mənsubiyyəti müəyyənləşdirilməmiş şəxslərin aşkarlanması və sənədləşdirilməsi istiqamətində müvafiq işlər görülməkdədir. Bu istiqamətdə görülən tədbirlər öz müsbət nəticələrini verir. Çıxış edənlər bu məqsədyönlü siyasəti Azərbaycan dövlətinin humanist mahiyyətinin nümunəsi kimi dəyərləndiriblər.

Əhalinin müxtəlif qruplarını əhatə etməklə insan hüquqlarını təbliğ edən mövzularda keçirilmiş tədbirlərdə iştirak edən ictimaiyyət nümayəndələrini maraqlandıran suallar Dövlət Miqrasiya Xidmətinın səlahiyyətli əməkdaşları tərəfindən cavablandırılıb.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur