newsPhoto

8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə Dövlət Miqrasiya Xidmətində tədbir keçirilib

Dövlət Miqrasiya Xidmətində 8 Mart - Beynəlxalq Qadınlar Günü  münasibəti ilə keçirilmiş tədbirdə Xidmətin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev çıxışında bildirib ki, bəşəriyyətin ən istedadlı, zəngin mədəniyyətə malik xalqlarından olan Azərbaycan xalqı şanlı mübarizə yolu keçərək, bu gün dünyada misilsiz nailiyyətləri ilə tanınır, gündən-günə nüfuzu artır. Uğurların əldə edilməsində Azərbaycanın mərd və fədakar qadınlarının böyük rolu var. Ulu öndər Heydər Əliyevin dediyi kimi, “Azərbaycan qadını tarix boyu ağlı, zəkası, qeyrəti, namusu, isməti ilə, fədakarlığı, çalışqanlığı, mərdliyi, vətənpərvərliyi ilə millətinə, torpağına olan hədsiz məhəbbəti ilə, Azərbaycan qadınının xüsusiyyətləri ilə tanınmışdır”.

Xidmət rəisi vurğulayıb ki, Prezident İlham Əliyev qadınlara xususi diqqət və qayğı göstərərək, onların fədakar əməyinə, dəyərli xidmətlərinə hər zaman yüksək qiymət verir. İctimai-siyasi həyatda fəallıqlarını artırmalarına, idarəetmə strukturlarında təmsil olunmalarına geniş şərait yaradır. Bu gün ölkəmiz üçün çox mühüm bir sahə olan Dövlət Miqrasiya Xidmətində də qadın əməkdaşlar xidmət edir və işlərinin öhdəsindən də müvəffəqiyyətlə gəlirlər.

Sonda F.Nəbiyev bayram münasibətilə qadınları bir daha təbrik edib və onlara xidməti fəaliyyətlərində uğurlar arzulayıb.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur