newsPhoto

“Qaçqın statusunun müəyyənləşdirilməsi proseduru” mövzusunda təlim kursu keçirilib

 

Fevralın 16-dan 18-dək Dövlət Miqrasiya Xidmətinin təşkilatçılığı və BMT QAK-ın Azərbaycandakı Nümayəndəliyinin iştirakı ilə “Qaçqın statusunun müəyyənləşdirilməsi proseduru” mövzusunda təlim kursu keçirilib. Kursun məqsədi əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ayrı-ayrı bölgələrində qaçqın statusunun verilməsi ilə bağlı müraciətlərin Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyasının, qaçqınlarla bağlı normativ-hüquqi sənədlərin tələblərinə uyğun olaraq qəbul edilməsinin və baxılmasının təmin edilməsi, eləcə də bir qrup DMX əməkdaşlarının bu sahədə bilik səviyyəsinin və peşəkarlığının artırılmasıdır. 

Təlim kursunun proqramına Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyasının, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin, “Qaçqın­ların və məc­buri köçkünlərin (ölkə daxi­­­lin­­­­də köçü­­­rülmüş şəxslərin) sta­­­­­­­tusu haq­­qında” 21 may 1999-cu il ta­rix­­­li Azərbaycan Res­­­­pub­­­­­­likası Qanununun, Azərbaycan Res­­­­­­­­­pub­­­li­­kası Pre­­­zi­den­tinin 13 noyabr 2000-ci il tarixli 419 nöm­­­­­­­­­­­­­­­rəli Fərmanı ilə təs­diq edilmiş “Qaç­­qın” sta­tu­su ve­ril­məsi haq­qın­da vəsa­­­­­­­­tə­­­­tə baxılması Qaydası”nın tətbiqi, vəsatətlə bağlı Ərizə-anketin qeydiyyatının aparılması, müsahibə keçirilməsi texnikası, mənşə ölkəsi barədə məlumatların toplanması mövzuları daxil edilib.

Təlim kursu çərçivəsində iştirakçılar Dövlət Miqrasiya Xidmətinin Qaçqın statusnun müəyyənləşdirilməsi  idarəsinin, eləcə də Bakı şəhər Qanunsuz miqrantların saxlanılması mərkəzinin fəaliyyəti  ilə  yaxından tanış olublar. Dövlət Miqrasiya Xidməti tərəfindən təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edib.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur