Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

“Sığınacağın istiqamətləndirmə mexanizmlərinin təkmilləşdirilməsi” mövzusunda təlim keçirilib

Təlimin məqsədi Şərqi Avropa və Cənubi Qafqaz ölkələrində sığınacaq sistemlərinin keyfiyyətinin artırılması təşəbbüsü layihəsi çərçivəsində BMT QAK-ın Azərbaycandakı Nümayəndəliyi, Ombudsman Aparatı və Dövlət Miqrasiya Xidməti ilə əməkdaşlıq şəraitində Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəstəyi ilə Heydər Əliyev Beynəlxalq Hava Limanında işləyən və sığınacaq/miqrasiya məsələlərinə cəlb olunan sərhədçilər və digər hüquq-mühafizə orqanlarının nümayəndələri üçün bacarıq, bilik və təcrübələrinin daha da inkişaf etdirilməsinə töhfə verməkdən ibarətdir.

Təlimin sessiyaları BMT QAK-ın, Ombudsman Aparatının və Dövlət Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən aparılıb.

Xatırladaq ki, Azərbaycan 2013-cü ilin aprel ayında fəaliyyətə başlayan Şərqi Avropa və Cənubi Qafqaz ölkələrində sığınacaq sistemlərinin keyfiyyətinin artırılması təşəbbüsü layihəsində iştirak edən altı ölkədən biridir. Bu layihə BMT QAK tərəfindən həyata keçirilir və altı ölkədə sığınacaq prosedurları və qaçqınların himayəsini yaxşılaşdırmağa yönəlib.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti