newsPhoto

Cenevrәdә səfərdə olan Azərbaycan nümayəndə heyəti Beynәlxalq Miqrasiya Tәşkilatının baş direktoru ilə görüşüb  

Dövlәt Miqrasiya Xidmәtinin rәisi Firudin Nәbiyevin də daxil olduğu Azәrbaycan Respublikası Baş nazirinin müavini Әli Hәsәnovun rәhbәrlik etdiyi nümayәndә heyәtinin Beynәlxalq Miqrasiya Tәşkilatının (BMqT) Cenevrәdә yerlәşәn mәnzil­ qәrargahında bu tәşkilatın baş direktoru Uilyam Leysi Svinq ilә görüşü keçirilib.

Görüşdә BMqT vә Azәrbaycan arasında miqrasiya sahәsindә әmәkdaşlığın yüksәk sәviyyәdә olması mәmnunluqla qeyd edilib.

Baş nazirin müavini ölkәmizin miqrasiya sahәsinә xüsusi diqqәt yetirdiyini vurğulayıb vә miqrasiya proseslәrini tәnzimlәmәk mәqsәdilә yaradılmış Dövlәt Miqrasiya Xidmәtinin fәaliyyәtini qeyd edib. O, Azәrbaycanın üzlәşdiyi qaçqın problemi, BMT vә digәr tәşkilatların müvafiq qәtnamәlәrinin hәlә dә icra olunmaması, Azәrbaycan torpaqlarının işğalı mәsәlәsini diqqәtә çatdırıb. Qeyd edib ki, bu gün 550 milyon nәfәr әhalisi olan Avropa ölkәlәri 600­-700 min qaçqın problemi qarşısında aciz qalıb. Lakin 9,6 milyon nәfәr әhalisi olan Azәrbaycan ölkә rәhbәrliyinin düzgün vә humanist siyasәti nәticәsindә onilliklәrdәn bәri 1,2 milyon qaçqın vә mәcburi köçkünlә bağlı problemlәrin öhdәsindәn gәlir.

Әli Hәsәnov BMqT-­nin Bakıdakı ofisinin fәaliyyәtini yüksәk qiymәtlәndirәrәk, ölkәmizin bu tәşkilat ilә әmәkdaşlığın güclәndirilmәsi kontekstindә yeni layihәlәrә açıq olduğunu diqqәtә çatdırıb.

Baş nazirin müavini Azәrbaycanın sürәtli inkişafı sәbәbindәn ölkәmizin miqrantlar üçün tәyinat ölkәsinә çevrildiyini vә miqrant axınının getdikcә artmasına baxmayaraq, hazırda ölkәmiz tәrәfindәn bu proseslәrin lazımınca tәnzimlәndiyini bildirib. Qeyd edib ki, bununla yanaşı, gәlәcәkdә miqrant axınının güclәnmә ehtimalını nәzәrә alaraq, BMqT ilә әmәkdaşlığı inkişaf etdirmәyә ehtiyac duyulur.

Uilyam Leysi Svinq bu il sentyabrın 2-­3-­dә Azәrbaycana sәfәrini vә Prezident İlham Әliyev tәrәfindәn qәbul edildiyini mәmnunluqla xatırladıb, dövlәtimizin başçısına sәmimi salamlarını çatdırmağı xahiş edib. O, ölkәmizdә miqrasiya sahәsindә aparılan tәnzimlәyici işlәri, Miqrasiya Xidmәtinin yaradılmasını, bu sahәdәki fәaliyyәti alqışlayıb. Baş direktor Azәrbaycan Prezidentinin birbaşa qayğısı ilә qaçqın vә mәcburi köçkünlәr üçün yaradılmış şәraiti yüksәk qiymәtlәndirib, buna görә ölkә rәhbәrliyinә tәşәkkür edib. O, ümidvar olduğunu bildirib ki, ölkәmizә sәfәri beynәlxalq qurumla Azәrbaycan arasında әmәkdaşlığın inkişafına yeni töhfәlәr verәcәk. Uilyam Leysi Svinq Azәrbaycanın bir çox ölkәlәrin әldә edә bilmәdiyi uğura imza ataraq miqrasiya sahәsindә vahid sistem yaratmağa nail olduğunu vә bununla da ölkәmizin bir sıra dövlәtlәrә nümunә olduğunu qeyd edib.

Baş direktor, hәmçinin BMqT vә ölkәmizin müvafiq dövlәt qurumları arasında әmәkdaşlığın әhәmiyyәtini vurğulayaraq, bu xüsusda tәşkilat ilә Azәrbaycan Respublikasının Beynәlxalq İnkişafa Yardım Agentliyi (AIDA) arasında әmәkdaşlıq hәyata keçirilmәsini tәklif edib.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur