Ümumdünya uşaq hüquqları günü ilə əlaqədar Dövlət Miqrasiya Xidmətində “dəyirmi masa” təşkil olunub
20 noyabr “Ümumdünya uşaq hüquqları günü” ilə əlaqədar 20 oktyabr – 20 noyabr tarixlərində elan olunan “Uşaq hüquqları aylığı” çərçivəsində Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Bakı şəhəri Qanunsuz Miqrantların Saxlanılması Mərkəzində 12 noyabr 2015-ci il tarixdə “dəyirmi masa” keçirilib. Mərkəzdə xidmət aparan DMX əməkdaşlarının iştirakı ilə keçirilən “dəyirmi masa”da “Uşaq Hüquqları Konvensiyası”nın mahiyyəti, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın əhəmiyyəti, “Azərbaycan Respublikasının uşaq hüquqları haqqında” 1998-ci ildə qəbul edilmiş Qanunun mütərəqqiliyi diqqətə çatdırılıb.
Seminarda əcnəbi uşaqların yerli şəraitə uyğunlaşdırılmaları, təhsilləri, uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının həyata keçirilməsi vəziyyətinin daha da yaxşılaşdırılması ilə bağlı qanunvericilikdən irəli gələn məsələlər barədə fikir mübadiləsi aparılıb.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.