Cenevrədə “Miqrantlar və şəhərlər” mövzusunda beynəlxalq konfrans işə başlayıb
Oktyabrın 26-da İsveçrə Konfederasiyasının Cenevrə şəhərində Beynəlxalq Miqrasiya Təşkilatının miqrasiya üzrə beynəlxalq dialoq çərçivəsində “Miqrantlar və şəhərlər” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb. İki gün davam edəcək və 50 ölkənin iştirak etdiyi konfransda ölkəmizi Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyevin rəbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
Səfər zamanı Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyevin Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Uilyam Leysi Sinqlə görüşü və konfransda çıxışı nəzərdə tutulub.