Dövlət Miqrasiya Xidmətinin Tvinninq layihəsi çərçivəsində “Readmissiya” mövzusunda üç günlük Seminar işə başlamışdır  

Dekabrın 15-də  Rumıniya Respublikasının Baş İmmiqrasiya Müffətişliyindən,  Niderland Krallığının Repatriasiya və Geriqaytarma  Xidmətindən və Latviya Respublikasının Sərhəd Xidmətindən dəvət olunmuş ekspertlərin iştirakı ilə Readmissiya Sazişlərinin icrasına dair Avropa İttifaqına üzv ölkələrinin ən yaxşı təcrübəsi ilə bağlı seminar öz işinə başlamışdır.

Seminarda Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşları ilə yanaşı Dövlət Sərhəd Xidmətinin,  Xarici İşlər Nazirliyinin və Beynəlxalq Miqrasiya Təşkilatının Bakı Ofisinin nümayəndələri iştirak edir.

Əsas məqsəd Azərbaycan Respublikasının aidiyyatı dövlət orqanlarında çalışan əməkdaşların Readmissiya sahəsində təcrübəsinin artırılmasına dəstək olmaqdır. Seminarın sonunda iştirakçılara sertifikatların verilməsi nəzərdə tutulmuşdur.

Qeyd edək ki, bu Seminar Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Tvinniq Proqramı vasitəsilə “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti heyətinin professional inkişafına dəstək” layihəsi çərçivəsində həyata keçirilir. 2013-2015-ci illəri əhatə edən bu layihədə Dövlət Miqrasiya Xidmətinin əsas tərəfdaşı Niderland Krallığı, digər tərəfdaş ölkələri isə Latviya və Rumıniya respublikalarıdır.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur