Dövlət Miqrasiya Xidmətinin Qaçqın statusunun müəyyənləşdirilməsi (QSM) idarəsinin əməkdaşları üçün iki günlük təlim

Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən Şərqi Avropa və Cənubi Qafqaz ölkələrində Sığınacaq sistemlərinin keyfiyyətinin artırılması təşəbbüsü layihəsi (ŞACQKT Layihəsi) çərçivəsində, BMT QAK-ın Azərbaycandakı Nümayəndəliyi Dövlət Miqrasiya Xidmətinin (DMX) Qaçqın statusunun müəyyənləşdirilməsi (QSM) idarəsinin əməkdaşları üçün 17-18 sentyabr 2014-cü il tarixlərində “QSM proseduruna dair qərar qəbuletmə” adlı təlim təşkil etmişdir.

Təlimin məqsədi qaçqınların və sığınacaq axtaran şəxslərin himayəsinin gücləndirilməsi üçün milli qaçqın statusunun müəyyənləşdirilməsi prosedurunun keyfiyyətinin yaxşılaşdırılması istiqamətində DMX-nin işçi heyətinin potensialını genişləndirməkdən ibarətdir.

Həmçinin Moldova Miqrasiya Xidmətinin nümayəndələri də qeyd olunan təlimdə iştirak etmək və təcrübə mübadiləsi aparmaq üçün Bakıya səfər etmişlər.

Azərbaycan Respublikası 2013-cü ilin aprel ayında fəaliyyətə başlayan Şərqi Avropa və Cənubi Qafqaz ölkələrində Sığınacaq sistemlərinin keyfiyyətinin artırılması təşəbbüsü layihəsində iştirak edən altı ölkədən biridir. İki illik layihə Avropa İttifaqı və BMT QAK tərəfindən birgə maliyyələşdirilərək BMT QAK tərəfindən həyata keçirilir və altı ölkədə sığınacaq prosedurlarını və qaçqınların himayəsini yaxşılaşdırmağa yönəlmişdir. Azərbaycan Respublikası ilə yanaşı, layihə Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukraynanı da əhatə edir.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur