Dövlət Miqrasiya Xidməti “Beynəlxalq Sülh günü”nə həsr edilmiş tədbirlər keçirmişdir

Hər il bütün dünya ölkələrində qeyd edilən 21 sentyabr “Beynəlxalq Sülh günü” ilə əlaqədar 21 avqust – 21 sentyabr tarixlərində elan olunan “Sülh aylığı” çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın müddəaları əsasında Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən 11 sentyabr 2014-cü il tarixdə Xaçmaz Regional Miqrasiya İdarəsinin əhatə etdiyi Xaçmaz şəhərində rayon ictimaiyyətinin iştirakı ilə tədbir keçirilmişdir.

Dövlət Miqrasiya Xidmətinın Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəisi, miqrasiya xidməti müşaviri  Vahid Qəhramanovun “Sülh inkişafın əsas təməlidir” mövzusunda məruzəsi dinlənilmişdir.

Dövlət Miqrasiya Xidmətinın əhalinin hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsi, ayrı-seçkiliyin yolverilməzliyi, sülh və dözümlülük mədəniyyətinin, xalqımızın milli-mənəvi dəyərlərinin təbliği məqsədilə təşkil etdiyi tədbirdə mövzu ilə bağlı ictimaiyyət nümayəndələrini maraqlandıran suallar cavablandırılmışdır.

Analoji mövzuda Dövlət Miqrasiya Xidməti Aparatında əməkdaşların iştirakı ilə tədbir keçirilmişdir.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur