“Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti və ona tabe idarələrin kollektivinin professional inkişafı və bacarıqlarının artırılmasına və miqrasiya haqqında cari qanunvericiliyin Avropa İttifaqı standartlarına uyğunlaşdırılmasına dəstək” adlı Tvinninq layihəsinin 6-cı Rəhbərlik görüşü keçirilmişdir

Sentyabrın 5-də Dövlət Miqrasiya Xidmətində Avropa İttifaqının Avropa Qonşuluq Tərəfdaşlıq Aləti proqramı çərçivəsində maliyyələşən Tvinninq layihəsi Rəhbər Komitəsinin 6-cı görüşü keçirilmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəis müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Pərviz Musayev layihə çərçivəsində görülmüş işlər və əldə olunmuş nəticələrdən söhbət açmışdır. Bildirmişdir ki, miqrasiya məsələsi beynəlxalq səviyyədə ən aktual məsələlərdən biridi. Bu gün qanunsuz miqrasiyaya qarşı mübarizədə dövlət orqanları ilə ictimai təşkilatların gücü birləşdirilməlidir. Təbii ki, bu məsələni həll edən kadrlardı, ona görə də kadırların hazırlanmasına və yerləşdirilməsinə biz ciddi önəm veririk. Xidmət rəisinin müavini kecən rüb kecirilən tədbirləri, bu istiqamətdə görülən işləri qənaətbəxş qiymətləndirmişdir.

Niderland Krallığının Repatriasiya və Geri Qaytarma Xidmətinin baş direktoru xanım Rodia Maas bu istiqamətdə layihə çərçivəsində dəstəklərini gələcəkdə də əsirgəməyəcəklərini bildirmişdir.

Görüşdə layihənin Avropa İttifaqından tərəfdaş ölkələri olan Niderland, Rumıniya və Latviyadan nümayəndələr, benefisiar ölkə tərəfindən layihə rəhbəri, layihə üzrə əlaqələndirici şəxs, Komponent rəhbərləri, Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin, həmçinin Avropa İttifaqı nümayəndəliyinin əməkdaşları iştirak etmişlər.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur