Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev Latviya Respublikasında rəsmi səfərdədir

Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyevin səfəri Latviya Respublikasının Daxili İşlər Nazirliyinin Dövlət katibinin dəvəti əsasında baş tutmuşdur. Səfərin məqsədi Avropa İttifaqının dəstəyi ilə həyata keçirilən Tvinninq layihəsinin icrasının və əldə olunmuş nəticələrinin müzakirəsi, miqrasiya sahəsində təcrübə mübadiləsinin aparılması və qurumlararası əməkdaşlığın inkişaf etdirilməsidir.

Səfər çərçivəsində iyun ayının 17-də Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyevlə Latviya Respublikasının Daxili İşlər Nazirliyinin Dövlət katibinin müavini İnquna Aire, eləcə də Vətəndaşlıq və Miqrasiya Məsələləri üzrə idarənin rəisi Vilnis Yekabsons arasında görüşlər keçirilmiş və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilmişdir.

Qeyd edək ki, iyun ayının 19-da Xidmət rəisi Firudin Nəbiyevin Latviya Respublikası Dövlət Sərhəd Mühafizəsinin rəhbəri Normunds Qarbars ilə də görüşü nəzərdə tutulur.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur