Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev Niderland Krallığında səfərdədir

Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyevin səfəri Niderland Krallığının Repatriasiya və Geri Qaytarma Xidməti baş direktorunun dəvəti ilə baş tutmuşdur. Səfərin məqsədi Avropa İttifaqı ilə birgə həyata keçirilən Tvinninq layihəsinin növbəti mərhələsinin müzakirəsi, həmçinin adıçəkilən layihə çərçivəsində Dövlət Miqrasiya Xidmətininəsas tərəfdaşı olan Niderland Krallığının Təhlükəsizlik və Ədliyyə Nazirliyinin Repatriasiya və Geri Qaytarma Xidməti arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsidir. Aprelin 22-də Dövlət Miqrasiya Xidmətininrəisi Firudin Nəbiyevlə Repatriasiya və Geri Qaytarma Xidmətinin baş direktoru xanım Rodia Maas arasında ikitərəfli əməkdaşlığa dair görüş olmuşdur. Xatırladaq ki, səfər çərçivəsində bu gün Niderlandın İmmiqrasiya naziri Frederik Teeven, eləcə də İmmiqrasiya və Naturalizasiya Xidmətinin baş direktoru Van Lintlə görüşlər keçirilmişdir.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti